Arxiv
2024 Bəhram Əndəlib oğlu Quluzadə
Şamaxı Astrofizika Rəsədxanası
Gülgəz Sabir qızı Salmanova
Bakı Slavyan Universiteti
AZƏRBAYCAN ƏDƏBİYYATI HALLEY KOMETİ HAQQINDA
Açar sözlər: kometlər, “Molla Nəsrəddin” jurnalı, Hüseyn Cavid
Key words: comets, “Molla Nasruddin” magazine, Huseyn Javid
Ключевые слова: коменть, журнал «Молла Насреддин, Гусейн Джавид
Giriş
Hər 75-79 ildən bir uzaq səmanın ənginliklərindən Günəş və Yer ətrafına qayıdan Halley kometinin 1910-cu ildəki gəlişi zamanı onun Yer kürəsi ilə toqquşa bilmək ehtimalı ilə əlaqədar bütün dünya təşvişə düşmüşdü. Həmin dövrlərin şahidi Səid Nursinin “Sözlər”kitabının “Üçüncü söz”ündə [1] oxuyuruq: “...məşhur bir işıqlı ağıl sahibi deyilən qəlbsiz bir fasiq filosof isə göydə bir quyruqlu yıldız görsə, yerdə titrər. – Əcəba, bu sərsəri yıldız ərzimizə çarpmasınmı? – deyər, vəlvələyə düşər. Bir vaxt belə ulduzdan qoca Amerika titrədi. Çoxları gecə vaxtı evlərini tərk etdilər.” Qeyd etmək yerinə düşər ki, söz, sənət adamları da kometi vəsf etməkdə idi.
MƏQALƏNİ YÜKLƏ
[177.7 Kb] (yüklənib: 17)
Baxış:
789