Arxiv
2024 Səbinə Həbib qızı Abbaslı
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
XX ƏSR AZƏRBAYCAN BƏDİİ METAL SƏNƏTİNİN İNKİŞAFI
Açar sözlər: bədii metal, texnika, ənənəvi, dəmirçilik sənəti, misgərlik sənəti, zərgərlik sənəti
Key words: art metal, technique, traditional, blacksmith, coppering, jewellery art
Ключевые слова: художественный металл, техника, традиционное, железное ремесло, медничество, ювелирное искусство
Hələ qədim zamanlardan bəri bədii metal sənəti Azərbaycan ərazisində ən çox inkişaf etmiş sənətlərdən biri idi. Azərbaycanda eneolit dövründə mis kəşf edildikdən sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başlayır. Bu zaman başqa metallar da tapılıb müəyyənləşdirilir. Misal üçün, qurğuşun, qalay, marqanes metallarının kəşfi Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc dövrünün başlanması ilə bağlıdır. Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ e.ə. II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət əşyaları düzəldib öz həyat və məişətlərində istifadə edirlərmiş. Bəşəriyyət tarixində "tunc dövrü" adlanan bu dövr Azərbaycana, 4 min il bundan əvvəl olduğuna baxmayaraq çox zəngin maddi mədəniyyət nümunələri vermişdir. Məhz buna görə də məşhur rus alimi, akademik İ.İ.Meşşaninov Azərbaycanın ərazisini zəngin və təbii muzey adlandırmışdır.
MƏQALƏNİ YÜKLƏ
[178.63 Kb] (yüklənib: 63)
Baxış:
1 392