Arxiv
2024 Yaqut İbrahim qızı Abduləliyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
yaqut.abdulaliyava@mail.ru
KƏKƏLƏMƏNİN ETİOLOGİYASI VƏ PATOGENEZİ
Açar sözlər: kəkələmə, nitq qüsurları, loqoped, psixoloji problem
Key words: stuttering, speech defects, logopedic, psychological problems
Ключевые слова: заикание, дефекты речи, логопедия, психологические проблемы
Kəkələmə müasir dövrün aktual problemlerindən biridir və nitqin tempo-ritmik hissəsinin pozulması ilə şərtlənir. Kəkələmə nitq patologiyası olaraq, bir fizioloji bütünlük kimi qıcolmalar nəticəsində ani yaranan artikulasiya aparatının pozulmasıdır. Qədim dövrlərdə Hippokrat kəkələməni baş beyində iltihabın çoxalması ilə, Aristotele isə artikulyasiya üzvlərinin düzgün olmayan quruluşu ilə izah edirdilər. Mərkəzi və ya periferik nitq aparatı şöbələrindəki pozulmaların kəkələmə ilə nəticələnməsi fikrini Qalen, Sels, İbn Sina kimi mütəfəkkirlər irəli sürmüşdürlər. XVII–XVIII əsrlərdə kəkələməni periferik nitq aparatının natamamlığı ilə izah etməyə cəhd göstərmişlər.Santorani hesab edirdi ki, kəkələmə sərt damaqda olan dəlikdən seliyin dilə süzülməsi nəticəsində nitqin çətinlişməsindən yaranır. Butserə görə isə alt çənədə qeyri – normal çökəkdə dilin ilişməsi kəkələməni yaradan səbəblərdən biridir.Erve-de-Şequanın gəldiyi nəticəyə görə kəkələmə ya dil altı pərdənin qısa olmasından, ya da dilin uzunluğu ilə ağız boşluğu arasında uyğunsuzluğun olmasından irəli gəlir.
MƏQALƏNİ YÜKLƏ
[145.89 Kb] (yüklənib: 540)
Baxış:
1 659