Arxiv
2024 Seyranə Əflatun qızı Xəlilzadə
Azərbaycan Turizm ve Menecment Universiteti
seyrane.xelilzade@gmail.com
GÜRCÜSTANDA ETNİK MÜNAQİŞƏLƏR
Açar sözlər: Gürcüstan, Abxaziya, Acarıstan, Cənubi Osetiya, Cənubi Qafqaz, muxtariyyət, etnik münaqişələr
Key words: Georgia, Abkhazia, Adjara, South Ossetia, South Caucasus, autonomy, ethnic conflicts
Ключевые слова: Грузия, Абхазия, Аджария, Южная Осетия, Южный Кавказ, автономия, этнический конфликт
Tarix boyu Qafqaz ərəb, rus və türklərin qurduğu böyük dövlətlər arasında bufer zona olmuşdur [7, s.60]. Qafqazın bu quruluşu onun kiçik bir hissəsini təşkil edən Gürcüstana da aiddir. Qonşu ölkələrin şəxsiyyətlərini daşıyan xalqlar Gürcüstanın sərhəd bölgələrində yaşayırlar. Türkiyə ilə sərhədində müsəlmanların yaşadığı “Acarya”, Ermənistan ilə sərhədində ermənilərin yaşadığı “Cavaxeti”, Dağıstanla olan sərhədində dağıstanlılar yaşadığı “Kaxeti”, Azərbaycan ilə sərhədində azərbaycanlıların yaşadığı “Kveto Kartli” bölgəsi vardır. Bu sahələr kəskin bıçaq silsiləsinə bənzəyir. Bir tərəfdən qonşu ilə münasibətləri asanlaşdırır və yaxınlaşdırır, digər tərəfdən qonşusuna soydaş bəhanəsi ilə müdaxilə etməyə imkan verir. Gürcüstanda, bütün regionda olduğu kimi, fərqli etnik ünsürlər bir araya gəlmişdir [4, s.333]. Bunlardan ən əhəmiyyətlisi Megreller, Svan, Abxaz, Osetinlər, İnquşlar, Acarlar və sayı getdikcə azalan Batlardır. Megreller və Svan cəmiyyətin əksəriyyətini təşkil edən və sistemdə problem yaşamayan qruplardır.
Həm xristian, həm də sünni müsəlman əhalidən ibarət abxaz əhalisi Abxaziya bölgəsində muxtar respublika kimi yaşayır. Bu gün abxaz əhalisi daha çox Türkiyədə yaşayır. Abxaziya isə pravoslav xristian olaraq qalır və Abxaziyanın abxaz əhalisi cəmi 17% azlığı təşkil edir [6, s.29].
MƏQALƏNİ YÜKLƏ
[162.15 Kb] (yüklənib: 69)
Baxış:
976