Arxiv
2024 Şəlalə Sabir qızı Salmanova
Bakı Dövlət Universiteti
QURANDA ELM VƏ ÖYRƏNMƏYƏ TƏŞVİQ Tezislər)
Açar sözlər: İslam, Quran, elm, təfəkkür, ağıl
Key words: Islam, Koran, science, thinking, mind
Ключевые слова: Ислам, Коран, наука, мышление, ум
Allah Təalanın bəşəriyyətə nazil etdiyi ən son nazil etdiyi ən son, ən mükəmməl din olan İslam dininin gücü, üstünlüyü onun müqəddəs kitabı Qurani-Kərimin əsrlərdən - əsrlərə dəyişilməmiş və təhrif olunmamış şəkildə bizə gəlib çatmasıdır. Qed etmək istərdik ki, heç bir din İslam dini qədər sağlam düşüncəyə, elmə, ağıl və iradəyə, hürriyyətə önəm verməmişdir. Peyğəmbərlərin sonuncusu Həzrəti Məhəmməd Peyğəmbər Allah kəlamını bizə çatdırarkən və şəriət qaydalarını qurarkən bizi kor-koranə təqlidə sövq etməmiş, həqiqəti görməyə, anlamağa, öyrənməyə, ağlımızdan istifadə etməyə çağırmışdır. İslamda ağıl dinin əsasıdır, ağlı olmayan kəs isə şəriət qayda-qanunlarından sorumlu deyil. Ağlı olan, lakin zamanında, vaxtında döşünməyən insan isə peşmançılıq hissindən əziyyət çəkər. Əl-Mülk surəsi, 10: “Onlar: Əgər biz (peyğəmbərlərin öyüd- nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq! – deyəcək”.
MƏQALƏNİ YÜKLƏ
[116.88 Kb] (yüklənib: 43)
Baxış:
1 146