Arxiv
2024 Turanə Həsənova Uğurlu
Azərbaycan Universiteti
turane.hasanova96@gmail.com
XX ƏSR AMERİKA ƏDƏBİYYATINDA YER ALAN KONTRKULTURA FENOMENİ HAQQINDA
Açar sözlər: sosial-mədəni yenilik, kontrkultura fenomeni, ədəbiyyat, ideologiya
Key words: socio-cultural innovation, the phenomenon of counterculture, literature, ideology
Ключевые слова: социокультурные инновации, феномен контркультуры, литература, идеология
Bildiyimiz kimi, hər bir yeni dövrün mədəniyyəti, özündən əvvəlki sosial-mədəni paradiqmanın tənəzzülünün dərk edilməsindən doğur [1]. Bu zaman, dəyərlərin qiymətləndirilməsində sosial-mədəni yeniliklər mexanizmi kimi kontrkultura özünü necə təzahür edir və nə vaxt, necə hakim mədəniyyətə qarşı yeni mədəniyyət yaranır kimi suallar qarşıya çıxır. Kontrkultura fenomeninə düzgün yanaşmamız, məsələnin tarixi və fəlsəfi əhəmiyyətini,onun funksiyasını və mədəni inkişafını dərindən anlamağa kömək edəcəkdir.
Bildiyimiz kimi, ABŞ-nın bütövlükdə tərbiyə sistemi, yəni, ailə, məktəb, kilsə, kütləvi informasiya vasitələri böyüməkdə olan yeni nəsldə “xoşbəxt təfəkkürün” inkişafına yönəldilmişdir. Belə ki, cəmiyyətdə gənclərə nailiyyət qazanmağın, həyatı sevinclə və şərəflə yaşamağın yolları, müstəqillik, vətənpərvərlik, vətəndaşlıq qüruru və sahibkarlıq kimi xüsusiyyəytlər aşılanması hər kəsə məlumdur. Orta təbəqəyə aid olan amerika ailəsi öz övladlarını liberal, demokratik ruhda tərbiyə etməyə çalışır. Belə bir cəmiyyətdə gəncləri sevirlər və gəncliyi həyatın “qızıl çağı” adlandırırlar. Lakin, əfsuslar olsun ki, müvəffəqiyətin təşviqi və real həyat heç də üst-üstə düşməyə bilər. Hər bir insan, xüsusi ilə gənc yaşlarında, qarşısına məqsədlər qoyur və hədəflərinə doğru irəliləyir. Əlbəttə ki, bu yolda təzadlı, bəzən isə aşılmaz maneələrə rast gəlirlər. Əgər insan qarşısına qoyduğu hədəfə çatmırsa,cəmiyyətdə özünə arzuladığı yeri tuta bilmirsə bax bu zaman onun ümidləri puç olur və beləliklə də “bədbəxt təfəkkür” formalaşır. Məlum məsələdir ki, bu tip hallar əsəb pozuntuları və ağır ruhi travmalara belə gətirib çıxardır. Bu dövrün ən perspektivli gənci haqqında belə Yulina N.A. yazır: “Gələcəkdə ən mötəbər təbəqədə peşəkar hazırlıq keçən ali məktəb tələbələrini, zənci işçi gəncləri ilə müqayisədə kiçik masştablı işsizlik gözləsə də, onları öz karyeralarında yüksəlmək üçün daha nəhəng rəqabət gözləyir [2, 62]”
MƏQALƏNİ YÜKLƏ
[185.07 Kb] (yüklənib: 41)
Baxış:
2 686