Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Məfkurə Salam qızı Hüseynova 
Azərbaycan Tibb Univeristeti 

MÜASİR AZƏRBAYCAN DİLİNİN TƏRKİBİNDƏ ALINMALARIN
VƏ BEYNƏLMİLƏL TERMİNLƏRİN YERİ

Açar sözlər: elm, texnologiya, alınmalar, beynəlmiləl terminlər, müasir Azərbaycan dili
Key words: science, technology, international terms, modern Azerbaijani language
Ключевые слова: наука, техника, интернациональные термины, современный азербайджанский язык

Dilin lüğət tərkibinin zənginləşməsində terminologiyanın mühüm rolu var. Yeni sözlərin dilə daxil olması dilçiliyin digər sahələrinə nisbətən terminologiyada daha tez və məhsuldar baş verir. Terminologiyanın digər mənbələrindən biri olan alınmaların çoxluq təşkil etməsi dilimizin başqa dillərlə qarşılıqlı əlaqədə olması ilə bağlıdır.
XX əsrin sonlarında iqtisadiyyat, elm, texnika, mədəniyyət, informatika və kütləvi informasiya sahələrindəki inkişaf bilavasitə dilin, xüsusilə terminologiyamızın kəmiyyət baxımından inkişaf ilə müşaiyət olunur. Sözsüz ki, bu işdə xarici faktorların rolu böyükdür. Qonşu türk dövlətlərinin, Avropa dillərinin lüğət tərkibində işlək olan bir sıra terminlərin dilimizə axını bu gün də fəal şəkildə davam etməkdədir.  Bunların sırasında son dövrlərdə dilimizə daxil olan biznes, menecer, şou-biznes, makler, super-market, motorolla, syd etmək olar. piker, kompüter, vitse-prezident, lisey kimi yüzlərlə termin qeyd etmək olar. Sovetlər zamanı rus dilindən daha çox yeni söz alınması müşahidə olunsa da, XX əsrin sonlarında bu nisbət dəyişmiş, artıq Qərb dillərinə inteqrasiya üstünlük təşkil etmişdir. Dilin inkişafında xüsusi rol oynayan xarici faktorlardan biri dillərin əlaqəsi, kontaktıdır. Bu faktor xalqlar arasında iqtisadi, siyasi, mədəni və digər əlaqələr əsasında meydana çıxır. Bu ənənə bütün dünya dillərində mövcuddur.  

MƏQALƏNİ YÜKLƏ [178.38 Kb] (yüklənib: 159)



Baxış: 2 130
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az