Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/102/221-231

Rauf Nuhov

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

enrio2904@gmail.com


MİLLİ TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASINDA GEOİNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ

(ARCGİS PROQRAM TƏMİNATI NÜMUNƏSİNDƏ)


Xülasə

Məqalədə geoinformasiya texnologiyaları (GİT) və coğrafi informasiya sistemləri (CİS) anla­yışları, yaranması və inkişafının qısa tarixi, geoməkan məlumatlarının fərqli sahələrdə emalı mərhələlərinin xüsusiyyətləri, GİT-in digər texnologiyalarla müqayisədə əsas üstünlüklərindən olan geoinformasiya bazası əsasında yaradılmış rəqəmli xəritələrin imkanları araşdırılmışdır. Bundan başqa, zamana əsaslanan geoinformasiya texnologiyaları, relyasiyalı verilənlər bazası, GİT-in ənənəvi Məlumat Bazasını İdarəetmə Sistemlərindən üstün cəhətləri, infrastruktur layihələrində mütəxəssislərə qazandırdığı üstünlüklər, bu texnologiyalar vasitəsi ilə atributiv məlumatların qrafik obyektlərlə əlaqələndirilməsi,  onların epidemiologiya, ekologiya, hərbi və digər sahələrdə tətbiqi, ArcGİS proqram təminatı nümunəsində milli təhlükəsizliyin təmin olunmasında tətbiqi məsələləri,   müxtəlif qurumların birgə əsaslandırılmış qərar qəbul etməsində operativ məlumatların hazırlan­ması və qarşılıqlı fəailiyyəti, milli təhlükəsizliyin ənənəvi aspektlərinin CİS mühitinə inteqrasiya edilməsi, təşkilat daxilində digər sistemlərdən və xarici sistemlərdən məlumatların qəbul edilməsi, GİT-in aparıcı proqram təminatı istehsalçısı olan Esri şirkətinin məhsulu ArcGis platformasının milli təhlükəsizliyin təmin olunmasında icra etdiyi konkret tapşırıqlar, qurumlararası əməkdaşlıq və kəşfiyyat məlumatlarının mübadiləsi, istənilən qurğuda və şəbəkədə işləyən geoməkan məlumatları tətbiqləri, istənilən məkan (ofis, ərazi) və şəraitdə (çətin hava şəraiti və ya relyef formasına malik ərazilər) tətbiqinin xüsusiyyətləri, Arcgis platformasının müxtəlif tətbiqlərdə, təşkilat qruplarına və iş proseslərinə konfiqurasiya edilə bilmə imkanları təhlil edilərək bu texnologiyaların milli təhlükəsizliyin təmin olunması üzrə mühüm vəzifələri icra edən bütün qurumların işlərində istifadəsinin zəruriliyi əsaslandırılmışdır.

Açar sözlər: Geoinformasiya texnologiyaları (GİT), coğrafi informasiya sistemləri (CİS), ARCGİS platforması, verilənlər bazası (VB), milli təhlükəsizlik, geoməkan məlumatları


Rauf Nuhov

Ministry of Defense of the Republic of Azerbaijan

enrio2904@gmail.com


The application of geographic information technologies in ensuring national security

(in the example of ARCGIS software)


Abstract

The article examines the concepts of geoinformation technologies (GIT) and geographic information systems (GIS), a brief history of their emergence and development, the features of the processing stages of geospatial information in different fields, the possibilities of digital maps created on the basis of the geoinformation database, which are the main advantages of GIT compared to other technologies. In addition, by analyzing time-based geoinformation technologies, relational databases, the advantages of GIT over traditional Database Management Systems, the advantages it gives to specialists in infrastructure projects, the association of attributive data with graphical objects through these technologies, their application in epidemiology, ecology, military and other fields, application issues in ensuring national security in the example of ArcGIS software, preparation of operational data and interaction of various entities in joint reasoned decision-making, integration of traditional aspects of national security into the GIS environmentreception of data from other systems within the organization and from external systems, specific tasks performed by the ArcGis platform, a product of Esri, a leading GIT software manufacturer, in ensuring national security, inter-agency collaboration and the exchange of intelligence data, applications of geospatial data running on any device and network, the characteristics of the application in any location (office, territory) and conditions (severe weather conditions or completed relief areas), the possibilities of configuring the Arcgis platform in various applications, organizational groups and work processes, the necessity of using these technologies in the work of all organizations performing important tasks to ensure national security was justified.

Keywords: geoinformation technologies (GT), geographic information system (GIS)ARCGIS platform, database, national security, geospatial data

MƏQALƏNİ YÜKLƏ [1.05 Mb] (yüklənib: 35)

Baxış: 238
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az