Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/102/168-176

Sevil Mirzəliyeva

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi

Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu

sevil.mirzeliyeva55@gmail.com


TARİXİ ŞƏHƏR VƏ TARİXİN İZLƏRİNİ GÜNÜMÜZƏ DAŞIYAN

 MEMARLIQ İNCİLƏRİ 


Xülasə

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. 2700 ildən çox yaşı olan tarixi şəhərin kökləri bizim eradan əvvəllərə kimi uzanır. 

1772-ci ildə fəlakətli sel axını nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə dağılır. XVIII əsrin ikinci yarısında yenidən tikilmiş Şəki şəhəri özünün vahid bir üslubu və memarlığında səmərəli istifadə edilmiş yerli təbiətin gözəlliyi ilə vəhdət təşkil edən dərə-təpəli relyefdə yerləşən  tarixi tikililəri ilə göz oxşayır. Günümüzə gəlib çatan tarix-memarlıq abidələrinin də əksəriyyəti həmin dövrdə qurulub, yaradılmışdır.

Tarixi abidələri və planlaşdırma quruluşunun əksər hissəsini  günümüzədək yaxşı saxlamış Şəki şəhərinin tarixi hissəsində 24 noyabr 1967-ci il tarixində Azərbaycan SSR Nazirlər Sovetinin 594 nömrəli qərarı ilə “Yuxarı Baş” Tarix Memarlıq Qoruğu yaradılmışdır. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 07 iyul 2019-cu il tarixində Bakıda keçirilən 43-cü sessiyasında Şəki Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 283 hektar ərazini əhatə edən qoruqda dünya, ölkə və yerli əhəmiyyətli   83 abidə dövlət tərəfindən qeydiyyata alınaraq mühafizə olunur. Dövlət qeydiyyatına götürülmüş abidələrin sırasında   məscidlər, minarələr, karvansaraylar, hamamlar və başqa tarixi əhəmiyyətli tikililərlə yanaşı şəxsi mülklər - yaşayış evləri də mühafizə olunurlar. Sözügedən abidələr tarixin izlərini günümüzə daşıyan memarlıq inciləridir. 

Bu məqalədə məqsəd Şəkinin tarixinə qısa da olsa nəzər salmaq, böyük ipək taciri olan Hüseynbəyovların mülkləri ilə tanış olmaqdır.

Açar Sözlər: Şəki, tarixi şəhər, Yuxarı Baş, qoruq, memarlıq inciləri, mülklər


Sevil Mirzaliyeva

State Tourism Agency of the Republic of Azerbaijan

Sheki “Yukhari Bash” National Historical-Architectural Reserve

sevil.mirzeliyeva55@gmail.com


Historical city and architectural gems that carry the traces of history to the present day


Abstract

Sheki is one of the oldest cities of Azerbaijan. The roots of the historic city, which is over 2,700 years old, go back to the era BC.

In 1772, as a result of a catastrophic flood, the ancient city of Sheki was almost completely destroyed. Sheki, reconstructed in the second half of the XVIII century, fascinates with its historical buildings located in the valley-hill relief, which are united by its significant architectural style and the beauty of the local nature. Most of its historical and architectural monuments that have survived to this day were constructed in that period.

By Resolution of the Council of Ministers of the Azerbaijan SSR No. 594 on November 24, 1967, the National Historical and Architectural Reserve “Yukhari Bash” was created in the historical part of the city, which preserved most of the monuments and planning structure. On July 07, 2019, at the 43rd session of the UNESCO World Heritage Committee in Baku, together with Sheki Khan’s Palace, the historical center of Sheki was included in the UNESCO World Heritage List. In the reserve, which covers an area of 283 hectares, 83 monuments of worldwide, national and local importance are registered and protected by the state. Along with mosques, minarets, caravanserais, baths and other historically significant buildings, private properties - residential houses are also protected among the monuments registered by the state. These monuments are the architectural pearls that carry the traces of history to the present day. 

The purpose of this article is to take a brief look at the history of Sheki and to get acquainted with the properties of the prominent silk merchant generation Huseynbeyovs.

Keywords: Sheki, historical city, “Yukhari Bash”, reserve, architectural gems, estates

MƏQALƏNİ YÜKLƏ [1.42 Mb] (yüklənib: 33)

Baxış: 212
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az