DOI: https://doi.org/10.36719/2663-4619/102/99-104
Aidə Abdullayeva
Qərbi Kaspi Universiteti
AUDİT FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ-NORMATİV
ƏSASLARI
Xülasə
Bazar münasibətlərinə keçidlə Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin formalaşması prosesi başlanmışdır. Bu prosesin əsasını etibarlı maliyyə və uçot informasiyalarına dövlətin, müəssisə rəhbərlərinin və səhmdarların qarşılıqlı maraqları təşkil edir. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə mülkiyyətçinin və dövlətin əmlak maraqlarının təmin edilməsi təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinə nəzarət xüsusi müstəqil təşkilat-auditor xidməti həyata keçirir. Audit iqtisadi-hüquqi nəzarətin daha yüksək pilləsi olub vəzifəsi yeni qurulmuş iqtisadi münasibətləri vicdansız sahibkarlıqdan qorumaq, həm də iqtisadiyyatda hüquq pozuntularının qarşısını almaq və ictimai hüquq şüurunu daha yüksək səviyyədə formalaşdırmaqdır.
Auditin vəzifələrindən biri müəssisənin maliyyə vəziyyəti və onun stabilləşməsi üsulları haqqında informasiya, habelə qanuni əmlak maraqlarının qorunması üçün zəruri informasiya almaqdan ibarətdir. Auditin təşkili muhasibat (maliyyə) hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi, habelə başqa auditor xidmətlərinin göstərilməsi üzrə sahibkarlıq fəaliyyətini ifadə edir. Auditor fəaliyyətinin hüquqi tənzimlənməsi qeydiyyat, lisenziyalaşdırma, auditorların attestasiyası, vergitutma vasitəsilə həyata keçirilir.
Açar sözlər: audit, tənzimlənmə, prinsip, qanunvericilik
Aida Abdullayeva
Western Caspian University
abdullayevaaidaa@gmail.com
The legal and normative basis of the regulation of audit activity
Abstract
With the transition to market relations, the process of forming an independent auditor service has begun in the Republic of Azerbaijan. The basis of this process is the mutual interests of the state, enterprise managers, and shareholders in reliable financial and accounting information. World experience shows that in countries with developed market economies, a special independent organization-auditor service provides control over the financial activity of economic entities to ensure the property interests of the owner and the state. Audit is a higher level of economic-legal control and its task is to protect newly established economic relations from dishonest entrepreneurship, as well as to prevent legal violations in the economy and to form public legal awareness at a higher level.
One of the tasks of the audit is to obtain information about the financial condition of the enterprise and its stabilization methods, as well as information necessary for the protection of legal property interests. The organization of the audit represents the entrepreneurial activity of the independent verification of the accounting (financial) report, as well as the provision of other auditor services. Legal regulation of auditor activity is carried out through registration, licensing, attestation of auditors, and taxation.
Keywords: audit, regulation, principle, legislation