Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/102/9-14

Könül Səmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

filologiya elmləri doktoru 

samedovakonul74@mail.ru 

Orcid ID: 0000-0003-4061-9775


QIPÇAQLAR HAQQINDA ŞƏRQ TƏDQİQATÇILARININ FİKİRLƏRİ 


Xülasə

Qıpçaqların tarixinə nəzər saldıqda bu türk toplumunun həm şərq, həm də qərb tarixində mühüm rolu olduğunun şahidi oluruq. Əsasən ərəb, türk və çin tədqiqatçıların əsərlərində rast gəldiyimiz bu köçəri türk xalqı artıq tarix səhnəsindən yoxa çıxmışdır. İlk dəfə rus-slavyan mənbələrində rast gəlinən bu xalqın adı ilə islam mənbələrində “qıbçaq”, “qıpşaq”, “qıfşaq” formasında qarşılaşırıq. Orta əsrlərdə olduqca güclü və döyüşkən orduya malik olan qıpçaqlar (kumanlar) bir çox ölkələrə hərbi yürüşlər etmiş və bir çox xalqları əsarətdə saxlamağı bacarmışlar. Hətta bir çox xalqlarla qaynayıb-qarışmış, həm onlara din və adət-ənənə baxmınından təsir etmiş, həm də özləri bəzi təsirlərə məruz qalmışlar. Lakin bu qəbilələr geniş arealda pərakəndə şəkildə yayıldıqları üçün siyasi birlik kimi ortaya çıxb dövlət yarada bilməmişlər. 

Çin qaynaqlarında qıpçaqların adları “kebisi” olaraq keçir. Hətta Çin qaynaqlarında bu xalqın adı və tarixi ilə bağlı türk mənbələrindən fərqli bir çox əfsanə və rəvayətlər də yer alır. Məqalədə qeyd etdiyimiz bu müxtəlif mənbələrdə yer alan məlumatlar ümumiləşdirilir.

Açar sözlər: qıpçaqların etnogenezi, tarixi salnamə, icma, şərq mənbələri, tədqiqat


Konul Samadova

Azerbaijan State Pedagogical University 

doctor of philological sciences

samedovakonul74@mail.ru 

Orcid ID: 0000-0003-4061-9775


The opinions of eastern researchers about the Kipchaks


Abstract

When we look at the history of the Kipchaks, we witness the important role of this Turkic community in the history of both the East and the West. This nomadic Turkic people, which we meet mainly in the works of Arab, Turkish and Chinese researchers, has already disappeared from the scene of history. The name of this people, which was found for the first time in Russian-Slavic sources, is found in Islamic sources in the form “qıbçaq”, “qıpşaq”, “qıfşaq”. In the Middle Ages, the Kipchaks (Cumans), who had a very strong and fighting army, made military campaigns to many countries and managed to keep many peoples in slavery. They even mingled with many peoples, influenced them both from the point of view of religion and customs, and were themselves affected by some influences. However, since these tribes are scattered over a wide area, they could not emerge as a political union and create a state.

In Chinese sources, the names of Kipchaks are "kebisi". Even in Chinese sources, there are many legends and stories related to the name and history of this people, which are different from Turkish sources. The article summarizes the information contained in these various sources.

Keywords: ethnogenesis of Kipchaks, historical chronicle, community, eastern sources, research

MƏQALƏNİ YÜKLƏ [680.11 Kb] (yüklənib: 311)

Baxış: 589
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az