DOI: https://doi.org/10.36719/2789-6919/32/121-125

Nazpəri Əmənova 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 

magistrant

nazpari.amanova@gmail.com


MƏHKƏMƏ MÜDAFİƏSİ HÜQUQUNUN İNSAN HÜQUQ VƏ AZADLIQLARININ TƏMİNATI SİSTEMİNDƏ YERİ


Xülasə

İnsan hüquq və azadlıqlarının tanınması özlüyündə cəmiyyətin inkişaf səviyyəsi üçün kifayət deyildir, eyni zamanda hüquq və azadlıqların səmərəli müdafiə mexanizminin olması vacib amillərdəndir. Bu baxımdan insan hüquq və azadlıqlarının təmin olunması mexanizmində məhkəmə hakimiyyətinin rolu danılmazdır. Hazırda mübahisələrin məhkəmədənkənar həll üsullarının olduğuna baxmayaraq məhkəmə müdafiəsi ən geniş yayılmış və etibarlı   institut hesab olunur. Təsadüfi deyildir ki, hüquqi dövlətdə məhz məhkəmə hakimiyyətinin təkmilləşdirilməsinə yönələn islahatlar daim diqqət mərkəzində qalmaqdadır. Bunun da səbəbi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünə ali məqsəd kimi təyin edən dövlət strategiyası ilə bağlıdır. Bu gün də tarixi təcrübə sübut edir ki, yalnız ali dəyərlərin qorunduğu, cəmiyyət və dövlətin maraqlarının uzlaşdığı, yüksək hüquqi mədəniyyətə malik olan dövlətlərin uzunömürlü və zəngin irsə malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüququ və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciət etməklə məhdudlaçmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. 

Açar sözlər: məhkəmə, hüquq, konstitusiya, şikayət, islahat, Avropa İnsan Hüquqları Konvensiyası, Avropa İnsan Hüquqları Məhkəməsi


Nazpari Amanova

Academy of Public Administration under the President of the Republic of Azerbaijan

master student 

nazpari.amanova@gmail.com


The place of the right to judicial protection in the system of guaranteeing human rights and freedom


Abstract

The recognition of human rights and freedom in itself is not enough for the level of development of the society, at the same time, having an effective protection mechanism for rights and freedom is one of the important factors. From this point of view, the role of the judiciary in the mechanism of ensuring human rights and freedoms is undeniable. Currently, despite the existence of out-of-court dispute resolution methods, judicial protection is considered the most widespread and reliable institution. İt is no coincidence that the reforms aimed at improving the judicial power in the legal state are constantly in the spotlight. The reason for this is related to the state strategy, which defines the provision of human and civil rights and freedoms as its highest goal. Even today, historical experience proves that only states with a high legal culture, where the highest values are protected, where the interests of society and the state are reconciled, have a long-lasting and rich heritage. The Plenum of the Constitutional Court of the Republic of Azerbaijan repeatedly noted the importance of effective protection of the rights and freedoms established in the Constitution and stated that the right to judicial protection is one of the basic human and civil rights and freedoms, but also acts as a guarantee of other rights and freedoms established in the Constitution. The right in question is not limited to going to court, but also includes justice capable of effectively restoring violated rights and freedoms.

Keywords: court, law, constitution, complaint, reform, European Convention on Human Rights, European Court of Human Rights

MƏQALƏNİ YÜKLƏ [508.34 Kb] (yüklənib: 34)

Baxış: 211
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az