DOI: https://doi.org/10.36719/2789-6919/32/98-103

Samirə İsmayılova

Azərbaycan Texnologiya Universiteti

magistrant

ismayilovasamire46@gmail.com


QİDA MƏHSULLARININ BRENDLƏŞMƏSİNDƏ MARKETİNQ

KOMPLEKSLƏRİNİN ROLU


Xülasə

Qida məhsullarının brendləşməsi, marketinq komplekslərinin effektiv şəkildə tətbiqi vasitəsilə məhsulun müştəri tərəfindən tanınması, sevilərək istifadə olunması və sadəcə satın alınması deyil, yenidən tələbat duyulması   üçün vacibdir. Bu komplekslər, reklam, satış promosiyaları, məhsulun mövcudluğu və qiymətləndirməsi, məhsul ambalajı və brendin imici elementləri kimi alətləri əhatə edir. Əsas məqsədlərindən biri, müştərilərin məhsul brendinə ən çox dəyər vermələrini təmin etməkdir. Bu, müştəri bağlılığının yaradılması və məhsulun fərqli olaraq diqqət çəkiləcək formaya salınması ilə əlaqəlidir. Brendləşmə prosesi, müştəri məmnuniyyətini və daimi alıcı bazasını artırmaqda kritik bir rol oynar. Bu yolla, marketinq kompleksləri, 4P (məhsul, qiymət, yer (yerləşdirmə) və təşviq) brendləşmə prosesində əhəmiyyətli bir strategiya olaraq qəbul edilir. 

Brend strategiyası çox vacibdir. Bu səbəbdən aparıcı qlobal şirkətlər e-ticarət, reklam, promosyonlar, marketinq kampaniyaları və digər marketinq fəaliyyətləri vasitəsilə brendləşdirməyə, brendin formalaşmasına və təşviqinə böyük diqqət yetirirlər. Bu alətlər arasında müxtəlifliyin yaradılması müştərilərin brendin məhsul və xidmətləri ilə daha çox maraqlanmasına və onlarla daha bağlı münasibət qurmasına imkan verir.

Açar sözlər: marketinq kompleksi, sahibkar, brendinq, bazar, iqtisadi inkişaf, strategiya 



Samira Ismayilova

Azerbaijan Technological University

master student

ismayilovasamire46@gmail.com


The role of the marketing complexes in the branding of food products


Abstract

Branding of food products through the effective application of marketing complexes is important for the product to be recognized by the customer, loved and used and not just bought, but re-demanded. These complexes include tools such as advertising, sales promotions, product availability and evaluation, product packaging and brand image elements. One of its main goals is to ensure that customers value the product brand the most. It has to do with creating customer loyalty and shaping the product to stand out differently. The branding process plays a critical role in increasing customer satisfaction and repeat customer base. In this way, marketing complexes, 4P (product, price, place (positioning) and promotion) are considered as an important strategy in the branding process.

Brand strategy is very important. For this reason, progressive global companies are paying great attention to branding, brand formation and promotion through e-commerce, advertising, promotions, marketing campaigns and other marketing activities. They grow meat. Creating diversity among these tools allows customers to become more interested in the brand's products and services and to establish a more committed relationship with them.

Keywords: marketing complex, owner, branding, market, economic development, strategy

MƏQALƏNİ YÜKLƏ [501.58 Kb] (yüklənib: 35)

Baxış: 216
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az