DOI: https://doi.org/10.36719/2789-6919/32/17-21

Xankişi Məmmədov

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

texnika üzrə fəlsəfə doktoru

kankishimamedov_53@mail.ru

Xurşida Kadirova

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti

filologiya üzrə fəlsəfə doktoru

qodirova@navoiy-uni.uz


ÖZBƏK VƏ AZƏRBAYCAN ATALAR SÖZLƏRİNİN X(IKS)-FEMİK TİPOLOGİYASI


Xülasə

Müxtəlif dillərdə atalar sözlərinin müqayisəli tipologiyası dil və düşüncə münasibətləri ilə bağlı bir çox fundamental problemlərin öyrənilməsində öz prioritetliyini saxlayır. Şübhəsiz ki, bu, mövzunun aktuallığını göstərir. Bu tədqiqatda Azərbaycan və Özbək atalar sözlərinin müqayisəli təhlili öyrənilmişdir. 

Düzdür, Azərbaycan və özbək dillərinin qaydaları bir-birindən bir qədər fərqli olsa da, uyğun cəhətlər daha çox diqqəti cəlb edir və bu harmoniya hər addımda hiss olunur. Sözsüz ki, dillər arasındakı bu oxşarlıq türkdilli xalqların qohum dillər kateqoriyasına aid olmasından irəli gəlir. Beş yüzdən çox atalar sözü müqayisə üçün tədqiq edilmişdir. Nəticədə Azərbaycan və özbək atalar sözlərinin demək olar ki, doxsan doqquz faizinin semantika və leksik quruluş baxımından bir-birinə tam uyğun olduğu və onların hər iki dildə evfemik və ya disfemik olduğu aşkar edilmişdir. Ona görə də belə araşdırmaların sistemli şəkildə tədqiqi iki qardaş xalqın bütün sahələrdə qarşılıqlı əlaqələrinin daha dərindən dərk edilməsinə, hər iki dilin gözəlliyinin qorunub saxlanmasına müsbət təsir göstərəcəyinə ümid edirik.

Açar sözlər: Azərbaycan folkloru, Özbək folkloru, atalar sözləri və məsəllər, müqayisəli tipologiya, dil-təfəkkür əlaqələri


Khankishi Mammadov

Azerbaijan State Pedagogical University

Ph.D. in Engineering

kankishimamedov_53@mail.ru

Khurshida Kadirova

Alisher Navo’i Tashkent State University of Uzbek Language and Literature

Ph.D. in philology

qodirova@navoiy-uni.uz


X(iks)-femic typology of Uzbek and Azerbaijan proverbs


Abstract

Comparative typology of proverbs of different languages retains its priority in the study of many fundamental problems related to the relationship between language and thinking. Undoubtedly, it testifies to the relevance of the topic. 

In this study, a comparative analysis of Azerbaijani and Uzbek proverbs has been investigated. It is true that although the rules of Azerbaijani and Uzbek languages are slightly different from each other, the relevant aspects attract more attention and this harmony is felt at every step. It goes without saying that this similarity between the languages comes from the fact that Turkic-speaking peoples are categorized as related languages. More than five hundred proverbs were studied for comparison. As a result, it was found that almost ninety-nine percent of Azerbaijani and Uzbek proverbs are fully compatible with each other in terms of semantics and lexical structure, as well as being euphemistic or dysphemistic in both languages. Therefore, we hope that the systematic study of such research will have a positive impact on a deeper understanding of the relationship between the two fraternal peoples in all areas, and on the preservation of the beauty of both languages. 

Keywords: Azerbaijani folklore, Uzbek folklore, proverbs and sayings, comparative typology, language-cognitive relations

MƏQALƏNİ YÜKLƏ [538.84 Kb] (yüklənib: 38)

Baxış: 223
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az