DOI: https://doi.org/10.36719/2706-6185/33/234-238

Səmran Muradov 

Azərbaycan Turizm və Menecment Universiteti 

magistrant

semranmuradov2001@gmail.com 


ARXEOLOJİ TURİZMİN XÜSUSİYYƏTLƏRİ VƏ TURİZM 

İNDUSTRİYASINDA YERİ


Xülasə 

Sivilizasiyalı insan cəmiyyəti öz gələcəyini tarixi irs və əldə edilmiş təcrübə əsasında qurduğu kimi qlobal iqtisadi şəraitdə özünün sosial-iqtisadi tərəqqisinin təmin edilməsində də tarixi mədəni-irs nümunələri, o cümlədən, arxeoloji turizm potensialından səmərəli istifadə edir. Hazırda turizm industriyası qlobal iqtisadiyyatın onurğa sütunlarından birini təşkil edir və bu konteksdə xalqın maddi-mədəni irs nümunələri və arxeoloji qaynaqlarından istifadə etməklə həyata keçirilən mədəni turizm əsas istiqamətlərdən birini təşkil edir. Təbii ki, arxeoloji turizm beynəlxalq təşkilatlar tərəfindən niş bazar hesab olunur, ancaq eyni zamanda elitar seqment kimi qəbul edilir. 

Məqalədə turizm industriyası və onun tərkib hissələrindən biri kimi arxeoloji turizmin əsas xüsusiyyətləri və bazar iqtisadiyyatı şəraitində turizm sektorunda rolu araşdırılmışdır. Tədqiqat zamanı ədəbiyyat icmalı, məzmun təhlili, müqayisəli və ümumiləşdirmə metodlarından istifadə edilmişdir. 

Açar sözlər: turizm, arxeologiya, mədəni irs, iqtisadi-inkişaf, fürsətlər


Samran Muradov

Azerbaijan Tourism and Management University

master student

semranmuradov2001@gmail.com


Characteristics of archaeological tourism and its place in the tourism industry


Abstract

As civilized human society builds its future on the basis of historical heritage and acquired experience, it effectively uses the potential of historical cultural-heritage examples, including archaeological tourism, to ensure its socio-economic progress in global economic conditions. Currently, the tourism industry is one of the backbones of the global economy, and in this context, cultural tourism, which is carried out using the material and cultural heritage samples and archaeological resources of the people, is one of the main directions. Of course, archaeological tourism is considered a niche market by international organizations, but at the same time it is considered an elite segment.

The article examines the main features of the tourism industry and archaeological tourism as one of its components, and its role in the tourism sector in the market economy. Literature review, content analysis, comparative and generalization methods were used during the research.

Keywords: tourism, archaeology, cultural heritage, economic development, opportunities

MƏQALƏNİ YÜKLƏ [474.85 Kb] (yüklənib: 8)

Baxış: 185
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az