DOI: https://doi.org/10.36719/2706-6185/33/219-223

Yusif Həsənli 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

magistrant 

svinksyusif@gmail.com


“YAŞIL İQTİSADİYYAT”: XÜSUSİYYƏTLƏRİ, NÜMUNƏLƏR VƏ 

MÜASİR DÖVRDƏ İNKİŞAF MƏQSƏDLƏRİ


Xülasə

“Yaşıl” iqtisadiyyat termini insan rifahını və sosial ədalətli təmin edən və eyni zamanda, ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyən edilir. Onun əsas komponentlərindən olan “Yaşıl biznes müəssisələri” qlobal və yerli səviyyədə ətraf mühitə, cəmiyyətə, icmalara və iqtisadiyyata zərərli təsir etməyən iqtisadi inkişafı, sosial tərəqqini və ətaraf mühitin mühafizəsini təmin edən müəssisələrdir.

İqtisadiyyatın “yaşıl” olması üçün onun dörd amilə cavab verməsi zəruridir: dayanıqlı inkişaf prinsipləri iqtisadi qərarlara daxil edilir; ekiloji təmiz məhsul istehsal istehsal edilir, xidmətlər göstərilir və bunlar “yaşıl” olmayan xidmət və məhsulları əvəzləyir: ənənəvi rəqabətə nisbətdə “yaşıl”dır; kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyini bəyan edir.

“Yaşıl” biznesin əsas təşəbbüsü xidmət və istehsal prosesi zamanı meydana gələn zərərli kimyəvi maddələrin, material və tullantıların təsirini azaltmaq, yaxud aradan qaldırmaqdır.

Açar sözlər: yaşıl iqtisadiyyat, yaşıl texnologiyalar, yaşıl inkişaf, yaşıl hidrogen


Yusif Hasanli 

Azerbaijan State Oil and Industry University 

master student 

svinksyusif@gmail.com


“Green economy” characteristics, examples and development goals in the modem era


Abstract

The term “Green economy” is defined as an economical development, that promotes human well-being and social justice whille drastically reducing environmental risks. “Green busines enterprises”, which are its main components, are enterprises that do not have a harmful effect on the environment, society, communities and economy at the global and local level, and ensure economic development, social progres and environmental protection. 

In order for the economy to be “green”, it must meet four factors: the principles of sustainable development are included in economic decisions; environmentally friendly products are produced, services are provided, and these replace services and products that are not “green”: they are “green” competition; declares its commitment to ecological principles in its commercial actives.

The main initiaive of “Green Business” is to reduce or eliminate the impact of harmful chemicals, materials and waste generated during the service and production process.

Keywords: green economy, green technologies, green development, green hydrogen

MƏQALƏNİ YÜKLƏ [489.86 Kb] (yüklənib: 14)

Baxış: 224
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az