Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/100/145-151

Turan Yusubov

Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət İdarəçilik Akademiyası

magistrant

turanyusubov088@gmail.com


CƏNUBİ QAFQAZDA KÖVRƏK GEOSİYASİ VƏZİYYƏT: 

SÜLH ÜÇÜN İMKANLAR VƏ TƏHDİDLƏR


Xülasə 

Məlumdur ki, Cənubi Qafqaz Avrasiyada sülh və təhlükəsizlik üçün ən mühüm regionlardan biridir. Ancaq regional sabitliyi təhdid edən bir sıra dondurulmuş münaqişələr nəticəsində bəzi region ölkələri arasında qarşılıqlı düşmənçiliyin olması Qafqazın güclü hərbiləşdirilmiş regiona çevrilməsinə gətirib çıxarmışdır. Son illər isə Cənubi Qafqazın regional nizamı dərin və dinamik transformasiyaya məruz qalıb. Bu dəyişikliklər əsasən, Qarabağ müharibəsi, Gürcüstanda daxili dəyişikliklər və hər şeydən əvvəl Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində baş verib. Bu da öz növbəsində Qara dəniz regionunun sabitliyi, Qafqazla əlaqəli digər qonşu postsovet bölgələrinin (xüsusilə Rusiya və Mərkəzi Asiya) gələcəyinə və Türkiyənin inkişaf edən regional siyasətinin xarakterinə təsir göstərir. 

Cənubi Qafqazda köhnə nizam 2020-ci ildə sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsi ilə əsaslı şəkildə dəyişdi. Regionda güclü ölkə olan Türkiyənin dəstəyiylə Azərbaycan Qarabağda erməni separatçı qüvvələrinə qalib gəldi və ərazi bütövlüyünü bərpa etdi. Nəticədə 1994-cü ildən davam edən işğala son qoyuldu. Azərbaycan və ona siyasi-mənəvi dayaq olan Türkiyə müharibədən sonra diplomatik və siyasi müstəvidə xeyli gücləndi. İki ölkə arasında hərbi əməkdaşlıq daha da dərinləşdirildi. Ermənistan isə hərbi, siyasi və strateji məğlubiyyətə uğradı.

2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük anti-terror əməliyyatından sonra ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan üçün siyasi mənada yeni bir dövr başladı. Ermənistan isə Azərbaycanın yuridiksiyası altında yaşamaq istəməyən və Qarabağı kütləvi şəkildə tərk edən on minlərlə erməninin köçü ilə üz-üzə qaldı. Bu araşdırmanın məqsədi ixtilafın tarixi köklərinə qısa nəzər salmaq, bölgədə baş verən son geosiyasi dəyişikliklərdən sonra tərəflər arasında imzalanması gözlənilən sülh müqaviləsi üçün real imkanları, eləcə də, buna mane ola biləcək faktorları gözdən keçirmək və dəyərləndirməkdir.

Açar sözlər: Cənubi Qafqaz, Qarabağ, geosiyasi dəyişikliklər, yeni siyasi nizam, anti-terror əməliyyatı, sülh müqaviləsi


Turan Yusubov 

The Academy of Public Administration under the 

President of the Republic of Azerbaijan

master student

turanyusubov088@gmail.com


The fragile geopolitical situation in the South Caucasus: 

opportunities and threats for peace


Abstract

It is known that the South Caucasus is one of the most important regions for peace and security in Eurasia. However, as a result of a series of frozen conflicts that threaten regional stability, the existence of mutual enmity between some regional countries has led to the transformation of the Caucasus into a strongly militarized region. In recent years, the regional order of the South Caucasus has undergone deep and dynamic transformation. These changes mainly occurred as a result of the Karabakh war, internal changes in Georgia and, above all, Russia's large-scale intervention in Ukraine. 

The traditional order in the South Caucasus was fundamentally changed in 2020 with the 44-day Second Karabakh War. With the support of Turkey, Azerbaijan defeated the Armenian separatist forces in Karabakh and restored its territorial integrity. As a result, the occupation that continued since 1994 was ended. 

After the one-day anti-terrorist operation carried out in September 2023, a new era has begun in a political era for Azerbaijan, which fully restored its territorial integrity. Armenia faced the migration of tens of thousands of Armenians who did not want to live under the jurisdiction of Azerbaijan. The purpose of this study is to briefly look at the historical roots of the conflict, to review and assess the real possibilities for a peace agreement expected to be signed between the parties after the recent geopolitical changes in the region, as well as the factors that may hinder it.

Keywords: South Caucasus, Karabakh, geopolitical changes, new political order, anti-terrorist operation, peace agreement

MƏQALƏNİ YÜKLƏ [750.95 Kb] (yüklənib: 44)


Baxış: 272
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az