DOI: https://doi.org/10.36719/2789-6919/28/7-11

Aida Abdullayeva

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

filologiya üzrə fəlsəfə doktoru 

aida.sff@mail.ru


DİALOJİ NİTQİN KOMMUNİKATİV VAHİDLƏRİ


Xülasə

Danışıq dili intellektual və emosional nitqi özündə birləşdirir. Aralarında fərqlərin olmasına baxmayaraq, nitq və dilin qarşılıqlı əlaqəsi vardır. Şifahi nitqi yazılı nitq ilə eyniləşdirmək olmadığı üçün nitqin aydın olması və özünün bütün təsirini göstərməsi üçün dil vacibdir. Nitq hər zaman dildən əvvəl olur. Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni qaydada olmur. Danışan şəxs sual verir, dinləyən cavab, danışan fikrini bildirir, müsahib ona şəxsi münasibətini bildirir. Belə şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını yaradır. Dialoqdan fərqli olaraq  monoloq müəyyən kompozisiya mürəkkəbliyinə malikdir. Dialoq mədəniyyətin təzahürü olmaqla yanaşı, monoloqa nisbətən daha çox təbiət hadisəsidir. Dialoq həmsöhbətlər arasında şifahi nitqi yaradır. Kommunikativ funksiya iki və daha artıq şəxsin münasibətləri zamanı yaranır. Dilin kommunikativ funksiyası dili insanların ünsiyyət şəraitindən, məqsədindən asılı olaraq dəyişir. Belə ki, dialoji nitqdə dilin kommunikativ funksiyası  insanların qarşılıqlı ünsiyyəti prosesidir.

Açar sözlər: nitqin formaları, dialoji nitq, kommunikasiya, replika, şifahi nitq


Aida Abdullayeva

Azerbaijan State Fine Arts Academy

Doctor of Philosophy in Philology

aida.sff@mail.ru


Communicative units of dialogical speech


Abstract

Spoken language combines intellectual and emotional speech. Although there are differences between them, speech and language are interrelated. Since oral speech cannot be equated with written speech, language is essential for speech to be clear and to show its full effect. Speech always precedes language. The participation of the speaker and the listener in the speech process is not always the same. The speaker asks a question, the listener answers, the speaker expresses his opinion, the interlocutor expresses his personal attitude to him. Such interpretation and listening create dialogic and monologic forms of speech. Unlike a dialogue, a monologue has a certain compositional complexity. In addition to being a manifestation of culture, dialogue is more of a natural phenomenon than a monologue.

Dialogue creates oral speech between interlocutors. Communicative function arises during the relationship of two or more people. Thus, the communicative function of the language changes depending on the communication conditions and purpose of the language. 

Keywords: forms of speech, dialogical speech, communication, replica, oral speech

MƏQALƏNİ YÜKLƏ [370.5 Kb] (yüklənib: 48)


Baxış: 518
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az