DOI: https://doi.org/10.36719/2706-6185/29/70-73

Günay İsmayılova   

                                                                          Naxçıvan Dövlət Universiteti

                                                                          ismayilovag670@gmail.com

   

ESTETİK TƏRBİYƏNİN FORMALAŞDIRILMASINDA 

MUSİQİ ŞƏXSİYYƏTİNİN İSTİQAMƏTİ 

                                                         

Xülasə

Estetik tərbiyə işində musiqinin yeri və rolundan bəhs olunur. Musiqi hər bir insanın tərbiyəsi üçün həqiqi təbii vasitədir. Musiqinin təsiri altında yaxşı hisslərin yaranması, xeyirxah işlərin yerinə yetirilməsi, qəlbin tərbiyəsi, gözəlliyə nail olunması üçün şərait yaranır. Musiqi insan ruhuna bir rahatlıq, xoş əhval gətirir, əsəbi və gərgin vəziyyətləri özündən kənar etməyə imkan yaradır. Musiqi yorğunluğun qarşısını alır, proflaktik və müalicəvi vasitə kimi istifadə edilir. Yaxşı gözəl hisslərə təşviq etmək, xeyirli, müsbət fikir və düşüncələr oyatmaq musiqinin təsir gücünü digər vasitələrdən əsaslı dərəcədə fərqləndirir. Musiqi qavrayışın, təxəyyülün, bədii hisslərin, zövqlərin, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır və beləliklə də insanlara emosional təsir göstərir, onların estetik inkişafına təkan verir. Musiqi insanların sağlamlılığına və hərtərəfli inkişafına müsbət təsir göstərir. Musiqi zəngin və təsirli tərbiyə vasitəsidir. Musiqi böyük emosional təsir gücünə malikdir, insanın zövqünü formalaşdırır, hisslərini tərbiyə edir. Musiqi vasitəsilə estetik tərbiyəsinin pedaqoji mahiyyəti, tərbiyəvi funksiyasının açılmasına təşəbbüs göstərilir, musiqinin müsbət emosiyalar yaratmaq sahəsində müstəsna əhəmiyyətindən bəhs olunur. 

Açar sözlər: estetik tərbiyə, musiqi vasitəsilə tərbiyə, musiqinin tərbiyəvi imkanları, musiqi estetik təsir vasitəsi kimi


Gunay Ismayilova 

Nakhchivan State University

                                                                    ismayilovag670@gmail.com

     

Musical personality in the formation of aesthetic education direction


Abstract

The place and role of music in aesthetic education is discussed. Music is a truly natural tool for the education of every person. Under the influence of music, the creation of good feelings creates conditions for performing good deeds, training the heart, and achieving beauty. Music brings comfort and good mood to the human soul allows you to get rid of nervous and tense situations. Music prevents fatigue. It is used as a preventive and therapeutic tool. Encouraging good and beautiful feelings, evoking good positive thoughts and thoughts, the influence of music fundamentally differs from other means. Music plays an important role in the development of perception, imagination, artistic feelings, tastes, and creative abilities, and thus has an emotional impact on people and stimulates their aesthetic development. Music has a positive effect on people’s health and overall development. Music is a rich and effective educational tool. Music has a great emotional influence. It shapes a person’s taste and educates his feelings. The pedogogical nature of aesthetic education through music is an initiative to reveal the educational function. The exceptional importance of music in the field of creating positive emotions is discussed.

Keywords: aesthetic education, education through music, educational opportunities of music, music as a means of aesthetic influence


MƏQALƏNİ YÜKLƏ [561.42 Kb] (yüklənib: 14)


Baxış: 242
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az