DOI: https://doi.org/10.36719/2789-6919/27/44-48

Fəxriyyə İbrahimova

Azərbaycan Dövlət Aqrar Universiteti

abdullayevafexriyye23@gmail.com


VERGİ  İNZİBATÇILIĞININ RƏQƏMSALLAŞDIRILMASI


Xülasə

Müasir zamanda bəşəriyyət texnoloji innovativ həyat tərzinə uyğunlaşıb və sosial şəbəkələrdən, messencerlərdən, uzaqdan təhsil formatından, GPS-dən, internet-ticarətdən, onlayn dövlət xidmətlərindən, internet-bankinqdən  istifadə edir. Təbii ki, iqtisadi münasibətlər də bu meyllərdən geri qalmamışdır.  

Rəqəmsal transformasiya maliyyə sisteminə də toxunmuşdur.  Bu bir tərəfdən konsepsiya, model, metod, mexanizm və alətlərin modifikasiyası yolu ilə baş vermiş, digər tərəfdən isə buna rahatlıq, vaxta qənaət və təhlükəsizliyi təmin etməklə nail olunmuşdur. Kontaktsız qarşılıqlı əlaqə vergi münasibətlərinin əsası olmağa başlamışdır. Tədqiqatlardan görünür ki, ciddi qanun normalarına əsaslanan vergi inzibatçılığı sistemi rəqəmsal mühitdə fəaliyyət göstərir ki, bu da vergi ödəyiciləri ilə ünsiyyəti asanlaşdırır. Tədqiqat işimizin məqsədi vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesini araşdırmaqdan və fəaliyyət göstərən vergi inzibatçılığı sisteminin prinsiplərini formalaşdırmaqdan ibarətdir.

Açar sözlər: vergi, vergi inzibatçılığı, rəqəmsal transformasiya, elektron vergi xidmətləri, kölgə iqtisadiyyatı, vergi yükü, diversifikasiya, şəffaflıq  


Fakhriyya Ibrahimova

Azerbaijan State Agrarian University

abdullayevafexriyye23@gmail.com


Digitization of tax administration


Abstract

In modern times, humanity has adapted to a technologically innovative lifestyle and uses social networks, messengers, distance education formats, GPS, internet commerce, online government services, and internet banking. Of course, economic relations have not lagged behind these trends.

Digital transformation has also touched the financial system. On the one hand, this happened through the modification of the concept, model, method, mechanism and tools, and on the other hand, it was achieved by providing convenience, time saving and safety. Contactless interaction has become the basis of tax relations. Research shows that the tax administration system based on strict legal norms operates in a digital environment, which facilitates communication with taxpayers. The purpose of our research work is to investigate the process of digitalization of tax administration and to formulate the principles of a functioning tax administration system.

Keywords: tax, tax administration, digital transformation, electronic tax services, shadow economy, tax burden, diversification, transparency



MƏQALƏNİ YÜKLƏ [365 Kb] (yüklənib: 39)


Baxış: 233
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az