DOI: https://doi.org/10.36719/2706-6185/26/41-45

Xavər Hüseynova

Azərbaycan Kooperasiya Universiteti

nesrin.91@mail.ru


QLOBAL İQTİSADİYYATDA MÜASİR İDARƏETMƏ NƏZƏRİYYƏLƏRİ


Xülasə

Strategiya qarşıya qoyulan məqsədə nail olmaq üçün həyata keçiriləcək uzunmüddətli hərəkətlərin ümumiləşdirilmiş modelidir. Strategiya qərar qəbul edilməsi zamanı təşkilat rəhbərlərinin öz əllərində cəmləşdirdiyi qaydalar məcmusunu əks etdirir. Strategiyaya təşkilatın missiyasına və qarşıya qoyduğu məqsədlərə nail olunmasını təmin edən, təşkilatın zəif və güclü tərəflərini araşdıran, imkanları və gözlənilən təhlükələri müəyyənləşdirən ümumi kompleks plan kimi də baxılır. 

Strategiya xarici mühitdə dəyişkənliyə reaksiya verməsinin vasitəsidir. Strategiya uzun müddətli məqsədlərə mərhələlər üzrə nail olmağın yollarını özündə birləşdirir. Strategiya təşkilatın məqsədini və ona nail olmağın yollarını müəyyən edərək vahid hərəkət istiqamətinin seçilməsində mühüm rol oynayır.

İstehsal fuksional zonasının zəif və güclü tərəflərinin təhlili zamanı təşkilatın öz məhsul və xidmətlərini rəqiblərlə müqayisədə daha az xərclərlə reallaşdırmaq imkanları, təşkilatın yeni materiallar əldə etmək imkanları, təşkilatın avadanlığının vəziyyəti və avadanlığa xidmət səviyyəsi, təşkilatın onun rəqiblərinin xidmət göstərə bilmədiyi bazarlara xidmət göstərə bilmə imkanları, təşkilatda məhsul keyfiyyətinə nəzarət edə biləcək effektiv nəzarət sisteminin mövcudluğu, istehsal prosesinin təşkil olunma və planlaşdırılma səviyyəsi kimi məsələlər təhlil olunur.

Açar sözlər: strategiya, strateji planlaşdırma, müasir iqtisadiyyat, bazar amilləri, siyasi amillər


Khavar Huseynova

Azerbaijan Cooperation University

nesrin.91@mail.ru


Modern management theories in global economy 


Abstract

A strategy is a generalized model of long-term actions to be taken to achieve a set goal. The strategy reflects the set of rules that the leaders of the organization concentrate in their hands during decision-making. 

Strategy is also viewed as a general comprehensive plan that ensures the achievement of the organization's mission and goals, examines the organization's weaknesses and strengths, and identifies opportunities and expected threats. Strategy is a means of responding to changes in the external environment. A strategy includes ways to achieve long-term goals in stages. Strategy plays an important role in choosing a single course of action by determining the organization's goal and ways to achieve it.

During the analysis of the weaknesses and strengths of the production functional area, issues such as the organization's ability to realize its products and services at lower costs compared to competitors, the organization's ability to acquire new materials, the condition of the organization's equipment and the level of service to the equipment, the organization's ability to serve markets that its competitors cannot serve, the existence of an effective control system that can control product quality in the organization, and the level of organization and planning of the production process are analyzed.

Keywords: strategy, strategic planning, modern economy, market factors, political factors


MƏQALƏNİ YÜKLƏ [391.13 Kb] (yüklənib: 24)


Baxış: 336
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az