DOI: https://doi.org/10.36719/2706-6185/25/25-29

         Qənirə Mirzəxanlı 

          Bakı Dövlət Universiteti

          doktorant 

gannim3@mail.ru


HEYDƏR ƏLİYEV FONDUNUN AZƏRBAYCANIN MADDİ-MƏDƏNİ İRSİNİN QORUNMASINDA ROLU


Xülasə

Məqalədə 2004-cü ildən etibarən qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun Azərbaycanın maddi və mədəni irs nümunələrinin qorunması sahəsində rolundan bəhs olunur. Fondun əsas məqsədi Heydər Əliyevin həyat və fəaliyyətini təbliğ etmək, humanitar sahələrdə – elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində mühüm işlər görməkdir. Fondun fəaliyyəti ərzində erməni vandalizmi nəticəsində Azərbaycanın dağılmış, qədim tarixini əks etdirən abidələr bərpa olunmuşdur. Heydər Əliyev Fondu qədim alban abidələrinin restavrasiyasına diqqət göstərmişdir. Məqalədə fondun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərində iştirakı məsələləri araşdırılmışdır. Heydər Əliyev Fondu qeyri-maddi irs nümunəsi olan Azərbaycan muğamının dünyada tanıdılması istiqamətində respublika və beynəlxalq miqyaslı tədbirlərin təşəbbüskarı olmuşdur. Fondun mədəni sahədə həyata keçirdiyi genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan dövlətinin kimliyi dünyaya tanıdılmışdır.

Açar sözlər: Heydər Əliyev Fondu, mədəniyyət, maddi-mədəni irs, abidələr, muğam 

                

  Ganira Mirzakhanli

                            Baku State University

                            PhD student

gannim3@mail.ru


The role of the Heydar Aliyev Foundation in protecting the material

and cultural heritage of Azerbaijan    


Abstract

In the article is talked about the role of the Heydar Aliyev Foundation, which has been operating as a non-governmental organization since 2004, in the field of protection of material and cultural heritage of Azerbaijan. The main goal of the foundation is to promote the life and activity of Heydar Aliyev, to carry out important works in humanitarian fields – science, education, culture, health, sports and ecology. Monuments reflecting the ancient history of Azerbaijan destroyed as a result of Armenian vandalism have been restored during the foundation's activity. The Heydar Aliyev Foundation paid attention to the restoration of ancient Albanian monuments. In the article, the issues of the foundation's participation in the construction works in the liberated territories of Azerbaijan were investigated. The Heydar Aliyev Foundation has been the initiator of republican and international events in the direction of promoting Azerbaijan mugham, an example of intangible heritage, in the world. As a result of large-scale events carried out by the Foundation in the cultural field, the identity of the state of Azerbaijan was introduced to the world.

Keywords: Heydar Aliyev Foundation, culture, material and cultural heritage, monuments, mugham

                            

MƏQALƏNİ YÜKLƏ [311.34 Kb] (yüklənib: 24)


Baxış: 236
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az