DOI: https://doi.org/10.36719/2789-6919/23/20-22
Arzu Babazadə
Azərbaycan Dövlət Aqrar Universiteti
doktorant
Gülnarə Abbasova
Azərbaycan Dövlət Aqrar Universiteti
doktorant
SƏPİN ÜSULLARININ PAMBIQ CÜCƏRTİLƏRİNİN ALINMASINA VƏ ÇİÇƏKLƏMƏSİNƏ TƏSİRİ
Xülasə
Səpin üsullarından asılı olaraq pambıq çıxışlarının alınma dinamikası, çiçəkləmənin və yetişmənin keçmə müddəti, bitkilərin böyüməsi və inkişafı pambıq məhsulunun səviyyəsi və s. məsələlər öyrənilib qeyd edilmişdir. Tədqiqatda pambığın “Gəncə-160” sortu sınaqdan keçirilmişdir.
Tirələrdə torpağın temperaturunun düz səthə nisbətən 1-4oC yüksək və torpağın bioloji aktivliyinin daha artıq olması ilə əlaqədar cücərtilər daha tez və yaxşı əmələ gəlir. Düz səthə səpində 83,4 % çıxış alındığı halda, tirəyə səpində 85,5% çıxış alınmışdır. (Hümbətov, 2010: : 120-121). Tirəyə səpində çiçəkləmə və yetişmə faizi düz səthə səpinə nisbətən 0,6-0,7 % artıq olmuşdur. Tirəyə səpin üsulunda qönçələmə fazasında bitkinin hündürlüyü düz səthə nisbətən 9,6 sm, çiçəkləmədə 12,9 sm, yetişmədə isə 8,6 sm artıq olmuşdur. Düz səthdə aparılan səpin üsulunda qönçələmə fazasında simpodial budaqların miqdarı 11,2 ədəd, çiçəkləmədə 13,4 ədəd, yetişmədə isə 15,3 ədəd olduğu halda, tirəyə səpin aparılan variantda bu göstəricilər müvafiq olaraq 13,1, 15,2 və 16,2 ədəd təşkil etmişdir.
Açar sözlər: tirə, düz səthə səpin, sort, qönçələmə, cücərti, pambıq
Arzu Babazade
Azerbaijan State Agrarian University
Ph.D student
arzu.babazade94@mail.com
Gulnara Abbasova
Azerbaijan State Agrarian University
Ph.D student
INFLUENCE OF SPRAYING METHODS ON SEEDS AND
FLOWERING OF COTTON
Abstract
Depending on the methods of sowing, the dynamics of cotton yield, the duration of flowering and ripening, the growth and development of plants, the level of cotton production, etc. issues have been studied and noted. The cotton variety "Ganja-160" was tested in the research.
Due to the fact that the temperature of the soil in the strips is 1-4oC higher than that of the flat surface and the biological activity of the soil is higher, sprouts are formed faster and better. While 83.4% yield was obtained in flat surface sowing, 85.5% yield was obtained in beam sowing (Humbatov, 2010: 120-121).
The percentage of flowering and ripening was 0.6 - 0.7% higher than that of sowing on a flat surface. The height of the plant was 9.6 cm higher than the flat surface in the budding phase, 12.9 cm higher at flowering, and 8.6 cm higher at maturity. In the method of sowing on a flat surface, the number of sympodial branches in the budding phase was 11.2 units, in flowering 13.4 units, and in ripening 15.3 units, while in the option of sowing on a pole, these indicators were 13.1, 15.2 and 16.2 units, respectively.
Keywords: dash, sow on a flat surface, variety, budding, seedling, cotton