DOI: https://doi.org/10.36719/2706-6185/22/170-174

Tacirə Abdullayeva

Bakı Dövlət Universiteti

doktorant

tacire.mehreliyeva@mail.ru


SEÇKİ STANDARTLARI, BEYNƏLXALQ TƏCRÜBƏ

VƏ AZƏRBAYCAN MODELİ


Xülasə

Müəllif araşdırmasında beynəlxalq seçki standartlarını, seçki sistemini və Azərbaycanda seçki siyasətini araşdırmışdır. Araşdırmada qeyd olunmuşdur ki, Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması dövlət müstəqilliyinin bərpasından sonra əldə edilən böyük tarixi nailiyyətlərdən biridir. 1995-ci ildə ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası ölkədə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmiş, prosesin fundamental hüquqi bazası formalaşdırılmışdır. 

Ölkə rəhbərliyinin siyasi iradəsi ilə 1997-ci ildən müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar Bürosu (DTİHB) ilə qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına (AŞ) tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə ölkəmizin əməkdaşlıq hüdudları daha da genişlənmişdir. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində AŞ Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir.

Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan qanunvericilik aktıdır. Bu mənada məcəllə qəbul ediləndən sonra ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi dövrün tələbi olmaqla yanaşı, respublikada ümumi prinsiplər baxımından dünyada qəbul edilmiş modelə uyğun seçkilərin keçirilməsinin daim diqqət mərkəzində olmasından xəbər verir. 2010-cu ilin iyununda respublikamızda seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqçıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilmişdir. 

Açar sözlər: seçki, majoritar, qarışıq, proporsional, seçki məcəlləsi


Tajira Abdullayeva

Baku State University

Ph.D student

tacire.mehreliyeva@mail.ru


Election standards, international experience and the Azerbaijani model


Abstract

In his research, the author investigated the international election standards, the election system and the election policy in Azerbaijan. The study noted that the formation of democratic election traditions in Azerbaijan is one of the great historical achievements achieved after the restoration of state independence. The Constitution of the Republic of Azerbaijan, adopted in 1995 through a national vote-referendum, defined the main priorities for holding free, fair and objective elections in the country that meet democratic standards, and the fundamental legal basis of the process was formed.

From this point of view, the positive results of the active cooperation established with the Democratic Institutions Bureau of the OSCE (ODIHR) in 1997, with the political will of the country's leadership, in order to formulate electoral legislation that meets modern standards, are particularly noteworthy. After Azerbaijan became a full member of the Council of Europe (CoE) in January 2001, the limits of our country's cooperation in this field have expanded even more. The CE Venice Commission has also been highly active in improving the electoral legislation.

The Election Code is a legislative act that needs constant improvement. In this sense, after the adoption of the code, making certain additions and changes to it is not only a requirement of the time, but it also indicates that holding elections in accordance with the model accepted in the world in terms of general principles is always in the center of attention in the republic. In June 2010, a number of additions and changes were made to the Election Code in order to further improve the election practice in our republic, to adapt it to international standards and to apply advanced world practice.

Keywords: election, majoritarian, mixed, proportional, electoral code

MƏQALƏNİ YÜKLƏ [394.92 Kb] (yüklənib: 42)


Baxış: 306
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az