DOI: https://doi.org/10.36719/2789-6919/18/7-12

Eldar Arif oğlu Cəfərov

Bakı Dövlət Universiteti 

siyasi elmlər üzrə fəlsəfə doktoru
eldarjafarov@bsu.edu.az 

Mirşəhla Cəmil qızı Əsgərli

Bakı Dövlət Universiteti 

magistrant

mirshahlaasgerova@gmail.com


TÜRKİYƏNİN BALKAN SİYASƏTİ: BÖYÜK DÖVLƏTLƏRİN

REGİONA MARAĞI VƏ GEOSİYASİ RƏQABƏT


Xülasə

Qədim coğrafiyası ilə Balkanlar tarixin hər dövründə hegemonluq mübarizəsinin şahidi olmuşdur. Avropanın Asiyaya açılan bu qapısının qıfılını tutan hər bir aktyor, şübhəsiz ki, qlobal gücə çevrilmişdir.Tarixdə imperiyalara ev sahibliyi edən Balkanlar etnik və dini baxımdan tam bir mozaikanı xatırladır. Regionda sabitlik və mehriban qonşuluq münasibətlərinin qurulması o qədər çətindir ki, maraqlı tərəflər arasında fikir ayrılıqlarının həlli tarix boyu həmişə problemli və qanlı olub. Bu səbəbdən də regionda baş verən proseslər dünya ədəbiyyatına “balkanlaşma” termini verib.

Yalnız son iki əsrdə bölgədə hökmranlıq edən və rəqabət aparan güclərə nəzər saldıqda eyni aktyorlarla qarşılaşırıq. Balkanların xülasəsi beş əsrlik Osmanlı hakimiyyəti və ondan sonra Avropa ilə Rusiya arasında gedən mübarizədir. Bu gün Balkanlar regional və qlobal güclərin rəqabət meydanı olmaqda davam edir. Rusiyanın bölgəyə məlum marağı tarixi, etnik və dinidir. Avropa İttifaqının (Aİ) son zamanlar Balkanlara yönəlik “Genişləmə Siyasəti”, ABŞ-ın regiona doğru atdığı addımlar və Çinin fəaliyyəti diqqəti çəkir.

Balkan dövlətləri istər tarixi, istərsə də iqtisadi və coğrafi baxımdan Türkiyə üçün vacib əhəmiyyətə malikdirlər. Türkiyənin Balkanlarla olan əlaqələri keçmişdən gələn qonşuluq və dostluq münasibətləri ilə yanaşı ortaq dəyərlərdən də güc alır. Türkiyə ərazisinin 5 faizini təşkil edən Şərqi Trakya Bölgəsi Balkan coğrafiyası daxilində yerləşdiyi üçün Türkiyə coğrafi baxımdan bir Balkan ölkəsidir. Amma ondan da önəmlisi odur ki, müasir Türkiyə Respublikası təxminən 550 il Balkanlarda hökmranlıq edən Osmanlı İmperiyasının mirasını daşıyır. Lakin region Türkiyə ilə yanaşı ABŞ, Rusiya, Çin kimi böyük dövlətlərin və eyni zamanda NATO, Aİ-nın diqqət mərkəzindədir. Məqalə Türkiyənin hazırkı dövrdə regionda davam edən geosiyasi rəqabət mühitinə uyğun olaraq həyata keçirdiyi siyasəti nəzərdən keçirir. Digər dövlətlərin regiona dair maraq və planlarını, Türkiyənin hazırkı mövqeyi və mövqeyini qorumaq uğrundakı siyasəti məqalədə təhlil edilir.

Açar sözlər: Türkiyənin xarici siyasəti, Balkan dövlətləri, Avropa İttifaqı, Türkiyənin Balkan siyasəti, Rusiya və Balkanlar, NATO və Balkanlar, iqtisadi əməkdaşlıq, geosiyasi rəqabət, Osmanlı mirası, Çin və Balkan dövlətləri 


Eldar Arif Jafarov

Baku State University 

Ph.d in Political Science
eldarjafarov@bsu.edu.az

Mirshahla Jamil Asgarli

Baku State University

master student

mirshahlaasgerova@gmail.com

Turkey's Balkan policy: the interests of the great states

in the region and geopolitic competition


Abstract

The Balkans have witnessed hegemony in every period of history with the explorers of geography. Every actor who opens this door from Europe to Asia is experiencing an increasing workload. The Balkans, which are included in the history of the empire, live a complete mosaic separately. Throughout history, resolution of conflicts between results has always been found to be problematic and bloody. In this regard, the term "balkanization" is used in the world literature. Let's not go too far back. 

However, when we look at the capture and control agencies in a county outside the USA, we encounter two of the same representatives. The Balkans is the epitome of five centuries of Ottoman rule and is the scene of the rivalry between Europe and today's Balkans for protection, storage and world power. Russia's interest in the region is of historical, ethnic and well-known religious nature. 

Recently, attention has been drawn to the EU's “Accession Policy” towards the Balkans, the steps taken by the USA towards the region and the steps of China. Balkan states are important for Turkey in terms of history, economy and the world. Turkey's relations with the Balkans are strengthened by common values, good neighborly and friendly relations. Turkey, located in the Balkan geography, covering the Eastern Thrace region, which constitutes 5 percent of Turkey's territory, is a Balkan country. But more importantly, the modern Turkish Republic needs the legacy of the Ottoman Empire, prahelet 550 But the region is in the center of attention of NATO and EU as well as big countries like Turkey, USA, Rit. The article changes Turkey's current policy in line with the ongoing geopolitical competition. The article examines the interests and plans of other countries in the region, Turkey's current situation and politicians.

Keywords: Turkish foreign policy, Balkan countries, European Union, Turkey's Balkan policy, Russia and the Balkans, NATO and the Balkans, economic cooperation, geopolitical competition, Ottoman legacy, China and the Balkan states


MƏQALƏNİ YÜKLƏ [232.71 Kb] (yüklənib: 45)


Baxış: 431
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az