Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/86/46-51

Cəlal Nizami oğlu Əliyev

Bakı Dövlət Universiteti

magistrant

celal.aliyev24@gmail.com 


İŞÇİLƏRİN ƏMƏK HÜQUQLARININ MÜDAFİƏSİ VASİTƏLƏRİNDƏN BİRİ KİMİ FƏRDİ ƏMƏK MÜBAHİSƏLƏRİNƏ MƏHKƏMƏYƏ QƏDƏR BAXAN ORQANIN SƏCİYYƏSİ


Xülasə

Ölkəmizin müstəqillik əldə etdikdən sonra daxil olduğu bazar iqtisadiyyatı əmək münasibətlərinin durmadan inkişafı tendensiyasını şərtləndirir. Bu şəraitdə həmin münasibətlərin subyekti olan işçilərin Konstitusiya və qanunlarla təsbit edilmiş hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinin təşkil edilməsi sözügedən tendensiyanın davamlılığı baxımından vacib əhəmiyyət kəsb edir. Hazırki dövrdə işçilərin əmək hüquqlarının müdafiəsi üsullarından biri kimi fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın fəaliyyətinin qiymətləndirilməsi onu deməyə əsas verir ki, təcrübədə bu orqan qanunla yaradılmasında qarşıya qoyulmuş məqsədə nail olunması baxımından effektiv olmamaqla, əvvəlki dövrün qanunvericiliyi ilə müqayisədə xeyli dərəcədə öz rolunu itirmişdir. Hazırki araşdırmanın predmetini də bu sahədə qanunvericilik, nəzəriyyə və praktikanın qarşılıqlı təhlili əsasında fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın fəaliyyətində mövcud olan problemlərin təsbit edilməsi təşkil edir.

Açar sözlər: fərdi əmək mübahisələri, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan, əmək mübahisələri komissiyası, işçilərin əmək hüquqları, əmək hüquqlarının müdafiəsi


Jalal Nizami Aliyev

Baku State University

master student

celal.aliyev24@gmail.com 


The nature of the pre-trial body for individual labor disputes as one of the means of protection of labor rights of workers


Abstract

The market economy which our state entered this after gaining independence contains steadily developing trend of labor relations. In this circumstance organization of effective protection of the rights and freedoms that established by the Constitution and laws of employees who are the subjects of those relations is important in terms of the sustainability of the said trend. Evaluation of the activity of the pre-trial body for individual labor disputes as one of the methods of protection of labor rights of employees in the current period suggests that in practice, this body has lost its role to a great extent compared to the legislation of the previous period, not being effective in terms of achieving the goal set for its creation by law. The subject of the current study is the determination of existing problems in the activity of the pre-trial body for individual labor disputes, based on the mutual analysis of legislation, theory and practice in this field.

Keywords: individual labor disputes, pre-trial body for individual labor disputes, labor disputes commission, labor rights of workers, protection of labor rights

MƏQALƏNİ YÜKLƏ [380.04 Kb] (yüklənib: 107)


Baxış: 426
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az