DOI: https://doi.org/10.36719/2789-6919/13/23-29


 


İnarə Rizvan qızı Zeynalzadə

Prezident yanında Dövlət İdarəçilik Akademiyası

magistrant inarazeynalzade@bk.ru

Röya Mirtaleh qızı Mirtalıbova

Prezident yanında Dövlət İdarəçilik Akademiyası

magistrant royamirtalib@bk.ru

Nərmin Ülvi qızı Əhmədova

Prezident yanında Dövlət İdarəçilik Akademiyası

magistrant narminaxmed@bk.ru


 


AZƏRBAYCAN FOLKLORU VƏ DİGƏR YARADICILIQ NÜMUNƏLƏRİNİN ERMƏNİLƏR TƏRƏFİNDƏN OĞURLANMASI HÜQUQAZİDD ƏMƏL KİMİ


Xülasə

Folklor mənəviyyatımızın güzgüsü, milli dəyərlərimizin və adət-ənənələrimizin göstəricisi, mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna əsasən, Azərbaycanda folklora əqli mülkiyyət kimi, millətimizə məxsus əqli mülkiyyətin yeni, qeyri-ənənəvi növü kimi baxılır. Bu isə o deməkdir ki, biz folklor nümunələrimizə münasibətdə, həm də hüquqi müstəvidən, müstəsna hüquqlar mövqeyindən çıxış edirik. Odur ki, Azərbaycan folklor nümunələrindən hər hansı şəkildə istifadə, Qanunda təsbit olunmuş tələblərin yerinə yetirilməsi ilə həyata keçirilməlidir. Qanunla nəzərdə tutulmuş tələblərin pozulması hüquqi məsuliyyət törədir. Belə ki, folklora əqli mülkiyyət kimi yanaşma onun qorunub- saxlanması, yayılması və zənginləşməsi üçün əlavə imkanlar yaradır. Folklorun hüquqi qorunması canlı ənənələrin və mədəni varisliyin qorunması ilə yanaşı, gələcək inkişafımızın, xalqımızın rifahının qorunması deməkdir. Bir sözlə, inkişafda və zəngin ənənəyə malik olan dövlətimiz üçün folklorumuzun qorunması böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq təqdim edilən məqalədə Azərbaycan folklor nümunələrinin ermənilər tərəfindən oğurlanması və mənimsənilməsinə hüquqi qiymət verilməsinin vacibliyi təhlil edilir.

Açar sözlər: Azərbaycan Respublikası, folklor, Ermənistan, hüquqa zidd əməl, qanun


Inara Rizvan Zeynalzade

 Roya Mirtaleh Mirtalibova 

Narmin Ulvi Ahmadova


Stealing of Azerbaijan folklore and other creative examples by armenians as an illegal action


Abstract

Folklore is a mirror of our spirituality, an indicator of our national values and traditions, an integral part of our cultural wealth. According to the Law on Legal Protection of Samples of Azerbaijani Folklore, folklore is considered in Azerbaijan as intellectual property, as a new, non- traditional type of intellectual property belonging to our people. This means that in relation to our folklore samples, we also act from the legal level, from the standpoint of exclusive rights. Therefore, any use of samples of Azerbaijani folklore must be carried out in compliance with the requirements established by the Law. Violation of the requirements stipulated by law entails legal liability. Thus, the approach to folklore as i ntellectual property creates additional opportunities for its preservation, dissemination and enrichment. The legal protection of folklore means the protection of living traditions and cultural heritage, as well as the protection of our future

development and the well-being of our people. In a word, the protection of our folklore is of great importance for our country, which is developing and has rich traditions. With this in mind, the present article analyzes the importance of giving a legal assessment to the theft and misappropriation of samples of Azerbaijani folklore by Armenians.

Keywords: Republic of Azerbaijan, folklore, Armenia, illegal act, law

MƏQALƏNİ YÜKLƏ [242.6 Kb] (yüklənib: 29)


Baxış: 247
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az