DOI: https://doi.org/10.36719/2789-6919/13/6-12


 


Mehriban Zeynal qızı Hacızadə 

Azərbaycan Dillər Universiteti 

mehribanhacizade7@gmail.com


 

               

MƏNTİQİ İNKARLIQ, ONUN MAHİYYƏTİ VƏ İNKARLIQ KONSTRUKSİYALARI ZƏMİNİNDƏ DİLİN ZƏNGİNLƏŞMƏSİ


                                                                            Xülasə

İnkarlıq hər hansı bir məfhumun obyektiv gerçəklikdəki qeyri-mövcudluğunu ifadə edir. İnkarlıq kateqoriyasını həm məntiqi, həm də qrammatik cəhətdən izah etmək mümkündür. Belə ki, bu kateqoriyanı həm məntiq, həm də dilçilik elmi öz tədqiqat obyektinə daxil edir. İnkarlığın məntiqi əsası bütün dillərdə eynidir, lakin qrammatik ifadə üsulları isə olduqca rəngarəngdir. Məntiqi inkarlıqda isə inkari mühakimələrdən bəhs edilir. Qrammatik inkarlıq isə cümlə formasında olan müxtəlif vasitələrlə ifadə edilir. Dildəki inkar, ilk növbədə, məzmun və formanın, daha dəqiqliklə desək, cümlə strukturunun və onun düşüncə tərzininin vacib problemlərindən biridir.

İnsanların iradəsindən asılı olmayaraq mövcud olan qanunauyğunluqlar dilə də aiddir. Bu obyektiv qanunauyğunluqları bilmədən dildəki dəyişmələri və onların səbəblərini, dilin tarixən inkişafı qanunauyğunluqlarını və ona təsir göstərən amilləri təyin etmək mümkün deyil.

İnkarlıq müstəqil qrammatik kateqoriya hesab olunur. Qrammatik kateqoriyalar dilin qrammatik quruluşu əsasında formalaşır. Qrammatik kateqoriyalar içərisində inkarlıq kateqoriyası həm əhatə dairəsinin genişliyi, həm də ifadə vasitələrinin zənginliyinə görə daha çox diqqəti cəlb edir. Təsdiqlə əlaqə və müqayisədə bu kateqoriya meydana çıxır. İnkar cümlənin ifadə etdiyi fikrin strukturuna təsiri və cümlənin strukturunun qurulmasında iştirak edən əsas vasitələrdən biridir. Buna görə də təhlil və mühakimənin strukturunu müəyyənləşdirmək məqsədilə inkarın məntiqi- qrammatik analizi çox vacibdir.

Açar sözlər: inkarlıq kateqoriyası, məntiqi inkarlıq, qrammatik inkarlıq, inkarlıq konstruksiyası, məntiqi analiz

Mehriban Zeynal Hajizade 

Logical negation, its essence and enrichment of the language

on the basis of negation constructions

                                            

Abstract

Negation refers to the non-existence of any concept in objective reality. The category of negation can be explained both logically and grammatically. Thus, both logic and linguistics include this category in their research object. Logical negation refers to negative judgments. Grammatical negation is expressed by various means in the form of sentences. Negation in language is, first of all, one of the important problems of content and form, or more precisely, of sentence structure and its way of thinking.

Regardless of the will of the people, the existing laws also apply to language. Without knowing these objective regularities, it is impossible to determine the changes in language and their causes, the regularities of the historical development of language and the factors that affect it.

Negattion is considered an independent grammatical category. Grammatical categories are formed on the basis of the grammatical structure of the language. Among the grammatical categories, the category of negation attracts more attention due to both the breadth of its scope and


 

the richness of its means of expression. This category arises in connection and comparing with affirmation. Negation is one of the main means of influencing the structure of the thought expressed by the sentence and participating in the construction of the sentence structure. Therefore, the self-grammatical analysis of negation is very important in order to determine the structure of analysis and judgment.

Keywords: negation category, logical negation, grammatical negation, negation construction, logical analyses

MƏQALƏNİ YÜKLƏ [242.64 Kb] (yüklənib: 23)


Baxış: 376
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az