Arxiv
2024 Solmaz İsaq qızı Rzayeva
AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
solmaz-isaq@mail.ru
HİDROLOJİ AMİLLƏRİN İNSAN SƏHHƏTİNƏ VƏ XƏSTƏLİKLƏRİN YAYILMASINA TƏSİRİ
Xülasə
Məqalədə hidroloji amillərin, ekocoğrafi mühitdə vəziyyəti şərh olunmaqla, bu şəraitin insanlarda xəstəliklərin yayılmasına təsiri araşdırılır. Bununla yanaşı ətraf mühitlə əlaqədar xəstəliklərin yaranması və yayılmasının tibbi-coğrafi şəraiti, insan səhhətinə və xəstəliklərin yayılmasında rolunun həm təbii, həm də antropogen təsirləri öyrənilir. Azərbaycanın geoloji quruluşu və relyef xüsusiyyətlərinin müxtəlifliyinə görə rayonlarımızda səth sularının və içməli suyun tərkibinin müxtəlif maddələrdən təşkil olunmasının canlı orqanizmlərə təsiri şərh olunur. Suların tərkibində mis, sink, qurğuşun, stronsium, molibden, vanadium, nikel, manqan, gümüş, qalay və sirkonium kimi mikroelementlərin olduğu ərazilərdə müxtəlif xəstəliklərin olması, xüsusilə Böyük Qafqazın cənub zonasında, Aranda, Lənkəranda mədə-bağırsaq, zob, malyariya, diş kariyesi və s. bu kimi xəstəliklərin olması aşkar edilmişdir.
Açar sözlər: hidrologiya, qeyri-infeksion xəstəliklər, ekocoğrafi mühit, yoluxucu xəstəlik, endemik zob, ekoloji geokimyəvi, ətraf mühit, tibbi-coğrafi şərait
Impact of hydrological factors on human health and the spread of disease
Summary
In the article in addition to the description of the state of hydrological and geochemical factors, related to the ecogeographic environment, the influence of the ecological-chemical environment on the spread of public health was revealed. The analysis of the influence of the medical-geographical environment on the occurrence and spread of diseases was given.Key words: hydrology, non-infection diseases, eco-geographical condition, endemic gaiter, infectious diseases, ecology geochemical, environmental, medical geography condition
MƏQALƏNİ YÜKLƏ
[173 Kb] (yüklənib: 32)
Baxış:
658