Arxiv
2024 Xatirə Həşim qızı Cəfərova
Flora Şura qızı Tağıyeva
Elman Fərman oğlu Vahabov
Vaqif Nazim oğlu Vəkilov
Azərbaycan Tibb Universiteti
QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏRİN EPİDEMİOLOGİYASININ TƏDRİSİNƏ DAİR
Xülasə
XX-XXI əsrdə qeyri-infeksion xəstəliklər (QİX) – bütün dünyada ölümün başlıca səbəbinə çevrilmişdir. QİX-dən ölümün strukturunda ürək-damar xəstəliklərinin xüsusi çəkisi çox yüksəkdir, onlardan hər il 17,9 milyon şəxs məhv olur. Daha sonra xərçəng xəstəlikləri (9 milyon hadisə), respirator xəstəliklər (3,9 milyon hadisə) və diabet (1,6 milyon hadisə) qeydə alınır.
QİX-in epidemiologiyasını tibbin müxtəlif sahələrində, müstəqil bölmələrində, şöbələrində aparılan məhsuldar və perspektiv istiqamət kimi qəbul etmək lazımdır. Bu zaman bədxassəli şişlərin epidemiologiyası onkologiyanın, ürək-damar xəstəliklərinin epidemiologiyası - kardilogiyanın, psixi xəstəliklərin epidemiologiyası - psixiatriyanın və s. bir hissəsi olaraq qalır və bu fənnlərə profilatik aspekt aşılayır. İnsan həyatının xilas edilməsi və milyonlarla şəxsin yaşama müddətinin uzadılması QİXE-nin başlıca məqsədidir. Bu baxımdan QİXE-nin tədrisində onun epidemioloji xüsusiyyətlərinin araşdırılması vacibdir.
Açar sözlər: qeyri-infeksion xəstəliklər, epidemiologiya, xəstələnmə, metod
To teaching the epidemiology of non-communicable diseases
Summary
In the 20th and 21st centuries, noncommunicable diseases (NCDs) became the leading cause of death worldwide. The share of cardiovascular diseases in the structure of deaths from NCDs is very high, from which 17.9 million people die annually. It is followed by cancer (9 million cases), respiratory disease (3.9 million cases) and diabetes (1.6 million cases).
The epidemiology of NCD should be considered as a productive and promising direction in various fields of medicine, independent departments, divisions. In this case, the epidemiology of malignant tumors - oncology, the epidemiology of cardiovascular diseases - cardiology, the epidemiology of mental illness - psychiatry, etc., remains part of it and gives these subjects a preventive nature. Saving lives and extending the lives of millions of people is a major goal of NCDs. From this point of view, it is important to study its epidemiological features in NCD education.
Key words: non-communicable diseases, epidemiology, morbidity, methods
MƏQALƏNİ YÜKLƏ
[152.88 Kb] (yüklənib: 43)
Baxış:
757