https://doi.org/10.36719/2706-6185/41/159-162

Elgiz Zəkəriyəyev 

Bakı Biznes Universiteti

magistrant

elgizzeki@gmail.com


Rəqabətqabiliyyətliliyinin təhlili və audit qiymətləndirilməsinin formalaşmasının nəzəri-metodoloji əsasları


Xülasə

Rəqabətqabiliyyət analizi və audit qiymətləndirilməsi, şirkətlərin və ya digər təşkilatların hərə­kət və fəaliyyətlərinin effektivliyini qiymətləndirmək üçün istifadə olunan bir nəzəri və metodoloji çərçivəsidir. Rəqabətqabiliyyətliliyin təhlili və audit qiymətləndirilməsinin nəzəri-metodoloji əsas­ları mövzusu biznes, iqtisadiyyat və idarəetmə sahəsində mühüm yer tutur. Bu, təşkilatların, məh­sulların və xidmətlərin bazar şərtlərinə uyğunlaşma və üstünlük əldə etmək qabiliyyətini ölçmək üçün istifadə olunur. Rəqabətqabiliyyətlilik anlayış dedikdə, müəssisənin qiymət, keyfiyyət, tex­nologiya və marketinq strategiyası kimi parametrlərə görə üstünlük qazanması və bir ölkənin iqti­sadiyyatı və məhsullarının beynəlxalq bazarda rəqabət aparmaq qabiliyyəti başa düşülür. Rəqa­bətqabiliyyətliliyin təhlilinin məqsədi təşkilatın mövcud vəziyyətini qiymətləndirmək, güclü və zəif tərəflərini aşkar etməkdir. Əsas istiqamətlər isə bunlardır: Məhsulun və ya xidmətin ba­zardakı yerinin müəyyən edilməsi, müştəri tələbatlarının öyrənilməsi, rəqiblərin strateji və texni­kaların araşdırılması. Rəqabətqabiliyyətliliyinin təhlili üsularına SWOT analizi: Güclü (Strengths), zəif (Weaknesses) tərəflər, imkanlar (Opportunities) və təhlükələr (Threats), PEST analizi: Siyasi (Political), iqtisadi (Economic), sosial (Social) və texnoloji (Technological) faktorların təhlili aid etmək olar. Əsasən bu proseslər şirkətlərin keyfiyyət, maliyyə və ictimai fəaliyyətlərinin yaxşılığı, effektivliyi və rəqabətqabiliyyəti barədə obyektiv qiymətləndirmələr təmin edir. Şirkətin, müəssisənin mühüm hissələrindən biri də strategik idarəetmə prosesləri və əməliyyat təhlilləri üzrə auditorların qiymətləndirmələri olur. Bu analizlər şirkətin uzunmüddətli uğuruna və strategiyalarına yön verir. Audit qiymətləndirməsi, bir şirkətin maliyyə və ya əməliyyatlarının auditor tərəfindən dəyərləndirilməsi prosesidir. Audit, normal şərtlərdə, şirkətin maliyyə vəziyyətini, maliyyə hesabat­larını və digər əməliyyat proseslərini audit qiymətləndirməsi, auditorların şirkətin maliyyə hesabatlarını düzgün və doğru şəkildə hazırladığını, maliyyə məlumatlarının güvənəbilir olduğunu və qanunvericiliyə uyğun olduğunu yoxlama prosesidir. Bu proses auditorların daxilindəki məlumatları analiz etmələrini, nəzarət testləri aparmaqlarını və auditor rəyi ilə hesabat vermələrini əhatə edir.

Açar sözlər: rəqabətqabiliyyətlilik, audit qiymətləndirilməsi, bazar üstünlüyü, rəqabət­qabiliyyətliliyin təhlili


Elgiz Zakariyayev

Baku Business University

Master student

elgizzeki@gmail.com


Theoretical and Methodological Foundations of Competitiveness Analysis 

and Formation of Audit Assessment


Abstract

Competitive analysis and audit assessment is a theoretical and methodological framework used to assess the effectiveness of the actions and activities of companies or other organizations. The topic of theoretical and methodological foundations of competitive analysis and audit assessment occupies an important place in the field of business, economics and management. It is used to 


 

measure the ability of organizations, products and services to adapt to market conditions and gain an advantage. The concept of competitiveness is understood as the ability of an enterprise to gain an advantage in terms of parameters such as price, quality, technology and marketing strategy and the ability of a country's economy and products to compete in the international market. The purpose of competitive analysis is to assess the current state of the organization, identify its strengths and weaknesses. The main directions are: Determining the place of the product or service in the market, studying customer needs, examining the strategies and techniques of competitors. Competitiveness analysis methods include SWOT analysis: Strengths, Weaknesses, Opportunities and Threats, and PEST analysis: Analysis of Political, Economic, Social and Technological factors. Essentially, these processes provide objective assessments of the quality, financial and social performance of companies, their effectiveness and competitiveness. One of the important parts of a company, an enterprise, is the auditor's assessments of strategic management processes and operational analyses. These analyses guide the long-term success and strategies of the company. Audit assessment is the process of evaluating the finances or operations of a company by an auditor. An audit, under normal circumstances, is the process of verifying that the company's financial position, financial statements and other operational processes are properly and accurately prepared, that the financial information is reliable and that it complies with the legislation. This process involves the auditors analyzing the information within, performing tests of controls and reporting with an auditor's opinion.

Keywords: competitiveness, audit assessment, market advantage, competitiveness analysis

MƏQALƏNİ YÜKLƏ [662.11 Kb] (yüklənib: 1)

Baxış: 11
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az