https://doi.org/10.36719/2706-6185/41/93-97
Püstə Əhmədova
Naxçıvan Dövlət Universiteti
pusteehmedova@yahoo.com
https://orcid.org/0009-0005-7857-4359
Azərbaycan poeziyasında Məmməd Araz obrazı
Xülasə
Məmməd Araz şeirlərindəki incə duyğular, kədər, sevgi və ümid, insanın həyatda qarşılaşdığı çətinlikləri poetik dillə əks etdirir. Onun obrazı, yalnız bir şairin deyil, həm də insan psixologiyasını dərk edən bir fəlsəfi insan obrazı kimidir. Məmməd Araza həsr olunan əsərlərdə, onun vətən sevgisini daha da gücləndirir. Məmməd Arazın obrazı milli və insan ruhunun dərinliyini birləşdirən bir simadır. Onun yaradıcılığı, yalnız ədəbiyyat sahəsində deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin formalaşmasında da mühüm rol oynayır. Şairin vətənə olan sevgisi və insanlığa dair dərin düşüncələri ilə bugünkü nəsillərə ilham verməyə davam edir. Məmməd Araz Azərbaycan poeziyasının parlaq simalarından biri olaraq, öz yaradıcılığı ilə bir çox şairin və yazıçıların ilham mənbəyi olmuşdur. Onun xatirəsi ədəbiyyatımızda hələ də yaşayır və bir çox şair, onun ruhunu yaşatmaq üçün ona həsr olunmuş şeirlər yazmışdır.
Açar sözlər: Azərbaycan ədəbiyyatı, Məmməd Araz, obraz, əsər, poeziya, yaradıcılıq
Pusta Ahmadova
Nakhchivan State University
pusteehmedova@yahoo.com
https://orcid.org/0009-0005-7857-4359
The Image of Mammad Araz in Azerbaijani Poetry
Abstract
The gentle emotions, some love and hope in Mammad Araz's poems reflect the events in a person's life in a poetic language. His image is not only that of a poet, but also that of a philosopher who understands human psychology. In the works dedicated to Mammad Araz, it strengthens his love for the homeland. The image of Mammad Araz is a face that combines the depth of the national and human spirit. His creativity plays an important role not only in the field of literature, but also in the formation of Azerbaijani culture. The poet's deep thoughts about humanity continue to inspire today's generations. Mammad Araz, as one of the bright figures of Azerbaijani poetry, has been a source of inspiration for many poets and writers with his creativity. His memory lives on in our literature and many poets wrote poems dedicated to him to keep his spirit alive.
Keywords: Azerbaijani literature, Mammad Araz, image, work, poetry, creativity