Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

https://doi.org/10.36719/2663-4619/108/31-37

Nazim İsmayılov

 Bakı Musiqi Akademiyası

 fəlsəfə üzrə fəlsəfə doktoru 

ism.nazim@mail.ru 

Sevda Yusifova 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

sevda.yusifova@hotmail.com


“Multikulturalizm”, “avrosentrizm” və “avropaçılıq”


Xülasə

Azərbaycanda multikultural dəyərlərə hörmət edilməsi dövlət siyasətimizin prioritet isti­qamətlərindən birini təşkil edir. Bu gün multikulturalizm probleminə marağın artması bütün dün­yada olduğu kimi, bizim ölkəmizdə də müşahidə olunur ki, bu da bir tərəfdən cəmiyyət daxilində həyatın bütün sahələrində baş verən müxtəlif fərqlərin azalması deyil, əksinə, bu meyillərin aydın şəkildə artması ilə bağlıdır. Digər tərəfdən isə multikulturalizm probleminə çox yaxından təsir göstərən miqrasiya problemidir. Bu gün bütün dünyanı öz ağuşuna almış miqrasiya probleminin kökündə yerli xalqlarla gəlmə xalqların nümayəndələri arasında yaranan mədəni, dini və həyat fəaliyyətinin bütün digər mühüm sahələri arasınnda yaranan qarşıdurmalar ilə bağlıdır. 

Digər mədəni təcrübələrin qavranılması, mənimsənilməsi və özünə uyğunlaşdırılması yeni mə­dəni formaların yaranması və inkişafı üçün bir növ stimul rolunu oynayır. Bir qayda olaraq, yeni kommunikasiya texnologiyaları sayəsində yerli mədəniyyətlər arasında qarşılıqlı mübadilə proses­lərinin intensivləşməsi və sürətlənməsi informasiyanın emalını və seçilməsini, onun dərk edilməsini, sistemləşdirilməsini və “özününkiləşdirilməsini” çətinləşdirir. Digər tərəfdən, müasir dövrdə qloballaşan dünyada getdikcə strukturlaşdırılmamış xarici mədəniyyətin, onu qəbul edən milli mədəniyyətdə həcminin artması şəraitində, xarici mədəniyyət tərəfindən yerli mədəniyyətin “xüsusi”, “fərdi dəsti-xətti”ni öz axınında əritmək, həll etmək ehtimalı, təhlükəsi, əlbəttə ki, çox böyükdür.

Məqalədə multikulturalizm probleminə “avrosentrizm” və “avropaçılığ”ın təsir dairəsi də öz ək­sini tapıb.

Açar sözlər: multikultural cəmiyyət, assimilyasiya, inteqrasiya, qloballaşma, mədəniyyətlər­arası dialoq, avrosentrizm, avropaçılıq


Nazim Ismayilov 

Baku Academy of Music

 Doctor of Philosophy in Philosophy

ism.nazim@mail.ru

Sevda Yusifova

Azerbaijan State Oil and Industry University

 sevda.yusifova@xotmail.com


"Multiculturalism", "Eurocentrism" and "Europeanism"


Abstract

Respecting multicultural values in Azerbaijan is one of the priority areas of our state policy. Today, the increase of interest in the problem of multiculturalism is observed in our country as well as in the whole world, which is not a decrease of various differences occurring in all spheres of life within the society, but on the contrary, it is related to a clear increase of these tendencies. On the other hand, it is the problem of migration that closely affects the problem of multiculturalism. Today, the root of the migration problem, which has gripped the whole world, is related to the conflicts between the indigenous peoples and the representatives of the new peoples in the cultural, religious and all other important areas of life.

Perception, assimilation and adaptation of other cultural practices serve as a kind of stimulus for the emergence and development of new cultural forms. As a rule, the intensification and acceleration of the processes of mutual exchange between local cultures due to new communication technologies complicates the processing and selection of information, its understanding, systematization and "owning". On the other hand, in the modern globalized world, in the conditions of increasing volume of unstructured foreign culture in the national culture that receives it, the possibility and danger of melting and dissolving the "special" and "individual features" of the local culture by the foreign culture is of course very high it is big.

The influence of "eurocentrism" and "europeanism" on the problem of multiculturalism is also reflected in the article.

Keywords: multicultural society, assimilation, integration, globalization, intercultural dialogue, eurocentrism, europeanism

MƏQALƏNİ YÜKLƏ [674.35 Kb] (yüklənib: 22)

Baxış: 55
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az