https://doi.org/10.36719/2789-6919/38/65-70

Əli Zalov 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə elmlər doktoru, professor

zalov1966@mail.ru

Sürəyya İsayeva   

Azərbaycan Dövlət Pedaqoji Universiteti

riyaziyyat üzrə fəlsəfə doktoru

surayye.necefova@gmail.com


İnteqralın kimyaya tətbiqi


O, elmin ki, riyaziyyatla əlaqəsi yoxdur və oraya riyazi elmlərdən 

birirsi tətbiq oluna bilməz, onda o elmdə heç bir dəyişiklik edilə bilməz.


Xülasə

Məqalədə riyazi analizin əsas bölmələrindən olan inteqral anlayışının kimya elminin müxtəlif sahələrində tətbiqi ilə əlaqədar bəzi məsələlərə baxılır. Məlumdur ki, bir   çox riyazi kəşflər təbiət hadisələrinin müşahidəsi nəticəsində edilmiş və riyazi anlayışlar, teoremlər real həyatla sıx əla­qəlidir. Maddələrin xassələrini və onların çevirmələrini, bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən kimya elmi də eksperimental elmdir. Maddələrin bir çox xassələri ədədlərin köməyi ilə ifadə olunur. Kimyəvi reaksiyaların mexanizminin öyrənilməsi, maddələrin quruluşunun tədqiqi müasir fiziki nəzəriyyə və metodlardan istifadəyə əsaslanır. Bir çox kimyəvi proseslər istilik effekti ilə müşayət edilir. Kimyəvi reaksiyanın istilik effektinin temperaturdan asılılığı Kirxqoff tənliyi ilə ifadə olunur. Praktik hesablamalarda Kirxqoff tənliyini inteqrallamaq daha əlverişlidir. Termodina­mikanın II qanununun riyazi ifadəsi olan Klauzius tənliyini diferensial və inteqral formada yazmaq olar. Termodinamika müxtəlif proseslərdə enerji keçidlərini və maddələrin enerji  dəyişiklərini öyrənir. İnteqral termodinamikanın əsas tənliklərinin həllində əhəmiyyətlidir. Maddələrin spektrlə­rinin öyrənilməsi sahəsində inteqral molekulların enerji səviyyələrinin analizi üçün istifadə olunur. Maddələrin tərkibində atomlar arasında kimyəvi rabitənin öyrənilməsində əhəmiyyət kəsb edən infraqırmızı   spektroskopiyada zaman aralığında olan spektral məlumatları tezlik aralığına çevirmək üçün inteqralın tətbiqi vacibdir. Müxtəlif tərtibli reaksiya üçün inteqralların necə tətbiq olunması məqalədə şərh edilmişdir.

Açar sözlər: istilik tutumu, inteqral, Krixqoff tənliyi, termodinamika, kimyəvi reaksiyalar, spektroskopiya, izotermal proses


Ali Zalov 

Azerbaijan State Pedagogical University

Doctor of Science in Shemistry, Professor

zalov1966@mail.ru

Suraya   Isayeva  

Azerbaijan State Pedagogical University

Doctor of Philosophy in Mathematics

surayye.necefova@gmail.com


Application of the Integral to Chemistry


Abstract

The paper considers some problems related to the application of the concept of integral, which is one of the main sections of mathematical analysis, in various fields of chemistry. It is known that many mathematical discoveries were made as a result of observing natural phenomena, and mathematical concepts and theorems are closely related to real life. Chemistry, which studies the properties of substances and their transformations, and the events that occur during these transformations, is also an experimental science. Many properties of substances are expressed with the help of numbers. The study of the mechanism of chemical reactions, the study of the structure of substances is based on the use of modern physical theories and methods. Many chemical processes are accompanied by a heat effect. The temperature dependence of the thermal effect of a chemical reaction is expressed by the Kirchhoff equation. In practical calculations, it is more convenient to integrate the Kirchhoff equation. The Clausius equation, which is a mathematical expression of the second law of thermodynamics, can be written in differential and integral form. Thermodynamics studies energy transitions and energy changes of substances in various processes. The integral is important in solving the basic equations of thermodynamics. The field of studying the spectra of substances is also used for the analysis of the energy levels of integral molecules. It is important to use the integral to convert the spectral data in the time interval to the frequency interval in infrared spectroscopy, which is important in the formation of chemical bonds between atoms in the substances. How to apply integrals for reactions of different designs is described in the paper.

Keywordsintegral, heat capacity, Kirchoff’s equation, thermodynamics, chemical reaction, spectroscopy, isotermal process

MƏQALƏNİ YÜKLƏ [726.82 Kb] (yüklənib: 37)



Baxış: 74
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az