Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

https://doi.org/10.36719/2663-4619/107/56-64

Sevinc Babayeva 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

 texnika üzrə fəlsəfə doktoru

babayeva_sevinc64@mail.ru

Aydın Əliyev 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru

aydın.aliyev@asoiu.edu.az 


İstilik təchizatında monovalent rejimli, torpaq mənbəli kollektor tipli istilik nasoslarının müxtəlif sxemlərinin müqayisəli analizi


Xülasə

Son zamanlar enerji böhranı, ətraf mühitin çirklənməsi kimi bir çox problemlər elektrik və isti­lik enerjisi istehsalında alternativ enerjidən istifadəni daha aktual etmişdir. Çünki alternativ enerji mənbələri ekoloji təmiz, əlçatan, tükənməzdir. Bir çox qabaqcıl və inkişaf etmiş ölkələrin əksə­riyyəti obyektlərin istilik təchizatında, havalandırma və soyutma üçün istilik nasoslu təchizatı sistemlərindən istifadə edir.

Məqalədə Qarabağ iqtisadi zonasında torpaq mənbəli kollektor tipli istilik nasoslarının iş rejimlərinin effektivliyi tədqiq olunmuşdur. İstilik təchizatı sxemi və bu sxemə aid olan bütün xarakterik parametrlər GeoTSol modelləşmə proqramı vasitəsilə hesablanmışdır. GeoTSol model­ləşmə proqramı istilik nasosu sistemlərinin planlaşdırılması və layihələndirilməsi üçün müasir simulyasiya proqramlarından biridir. Model kimi Xocəvənd şəhərində yerləşən fərdi yaşayış evi tədqiq edilmişdir. Kollektor tipli, monovalent rejimdə işləyən istilik nasosu sistemi fərdi yaşayış evinin isti su təchizatı və istiləşməsini təmin edir. Müqayisə üçün 4 növ kollektor tipli istilik nasos sisteminin sxemi təklif edilmişdir. Hər bir sxemə aid bütün istilik nasosu sistemi üçün kompüter simulyasiyası ilə mövsümi performans əmsalları, enerji istehlakı, itkilər, günəş payları, səmərəlilik və s. təyin edilərək, öz aralarında müqayisə edilmişdir. Ən effektiv rejimdə işləyən sxem müəyyən edilmişdir.

Açar sözlər: alternativ enerji, istilik təchizatı, GeoTSOL, torpaq mənbəli, kollektor tipli istilik nasosu, modelləşdirmə, simulyasiya


Sevinj Babayeva

Azerbaijan State Oil and Industry University

Candidate of Technical Sciences

babayeva_sevinc64@mail.ru

Aydin Aliyev

Azerbaijan State Oil and Industry University 

Candidate of Technical Sciences

kydyn.aliyev@asoiu.edu.az


Comparative Analysis of Different Schemes of Monovalent Mode Ground

 Source Collector Heat Pumps in Heat Supply


Abstract

Recently, many problems, such as the energy crisis and environmental pollution, have made the use of alternative energy in the production of electrical and thermal energy relevant. Because alternative energy sources are environmentally friendly, accessible and inexhaustible. In the most advanced and developed countries, heat pump systems are used for heating, ventilation and cooling of buildings.


 

The article examines the efficiency of operating modes of collector-type geothermal heat pumps in the Karabakh economic zone. The heat supply scheme and all characteristic parameters associated with this scheme were calculated using the GeoTSol modeling program. The GeoTSol simulation program is one of the modern simulation programs for planning and designing heat pump systems. As an example, a private residential building located in the city of Khojavend was studied. A monovalent collector-type heat pump system provides hot water supply and heating for a private home. For comparison, a diagram of 4 types of collector-type heat pump systems is proposed. Seasonal performance coefficients, energy consumption, losses, solar energy share, efficiency, etc. were calculated by computer simulation of the entire heat pump system for each cycle and compared with each other. A circuit operating in the most efficient mode has been determined.

Keywords: alternative energy, heat supply, GeoTSol, ground source, collector heat pump, modeling, simulation

MƏQALƏNİ YÜKLƏ [898.67 Kb] (yüklənib: 50)


Baxış: 115
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az