Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

https://doi.org/10.36719/2663-4619/107/44-48

Gültəkin Novruzova

Azərbaycan Tibb Universiteti 

tibb üzrə fəlsəfə doktoru

gultekin.novruzlu@gmail.com

Sevinc İsmayılova

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru 

ismayilova.sevinc1982@gmail.com

Nuranə Hüseynova

Azərbaycan Tibb Universiteti

doktor_tagiyeva@rambler.ru


Katamnezdə nekrotik enterokolit keçirmiş uşaqların 

sağlamlıq vəziyyətinin təhlili


Xülasə

Məqalədə katamnezdə nekrotik enterokolit keçirmiş (NEK) uşaqların sağlamlıq vəziyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. NEK keçirmiş uşaqlar üçün müəyyən edilmiş xəstələnmənin strukturuna uyğun olaraq, infeksion patologiyanın qarşısının alınması üzrə profilaktik tədbirlər (fərdi peyvənd təqvimi, orqanizmin rezistentliyinin yüksəldilməsi üzrə kompleks tədbirlər) sisteminin işlənib hazırlanması tövsiyə edilir. NEK keçirmiş uşaqlarda xəstələnmənin səviyyəsinin 1,5 dəfə yüksək olmasını, çox vaxt endokrin sistemin patologiyalarının, qidalanmanın pozğunluqlarının, sinir sisteminin və hissiyyat orqanlarının xəstəliklərinin, tənəffüs orqanlarının xəstəliklərinin, sidik-ifrazı sisteminin xəstəliklərinin aşkar edilməsini, həmçinin tez-tez xəstələnən uşaqların xüsusi çəkisinin artmasını nəzərə alaraq, körpələrin bu qrupu sahə pediatriya xidməti tərəfindən yüksək diqqət göstərilməsini, müalicənin ardıcıl şəkildə yeni təşkilati texnologiyalar tətbiq etməklə aparılmasını və NEK keçirmiş uşaqların məqsədyönlü reabilitasiyasını tələb edir. NEK keçirmiş uşaqlara xüsusi yardımın təşkili formalarından biri uşaqlar üzərində aparılan katamnestik müşahidələr sayılır.

Açar sözlər: nekrotik enterokolit, müalicə, reabilitasiya, erkən yaşlı uşaqlar, letallıq, yayılma, katamnez


Gultakin Novruzova

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine

gultekin.novruzlu@gmail.com

Sevinj Ismayilova

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine

ismayilova.sevinc1982@gmail.com

Nurana Huseynova

Azerbaijan Medical University

doktor_tagiyeva@rambler.ru


Analysis of the Health Status of Children with Necrotic 

Enterocolitis in Katamnes


Abstract

The article brief information on the health status of children with necrotizing enterocolitis (NEC) in catamnesis was given, and the successes and experience gained in the study of this problem in recent years were shared. It is recommended to develop a system of preventive measures for the prevention of infectious pathology (individual vaccination calendar, complex measures to increase the body's resistance) in accordance with the structure of the disease determined for children who have undergone NEC. Taking into account the 1.5 times higher rate of morbidity in children who have undergone NEC, often the detection of pathologies of the endocrine system, nutritional disorders, diseases of the nervous system and sensory organs, diseases of the respiratory organs, diseases of the urinary system, as well as the increase in the specific gravity of children who are often sick receiving, this group of babies requires high attention from the field pediatric service, the treatment is consistently applied using new organizational technologies, and targeted rehabilitation of children who have undergone NEC. One of the forms of organizing special assistance to children who have undergone NEC is considered to be catamnetic observations on children.

Keywords: necrotic enterocolitis, treatment, rehabilitation, early-aged children, lethality, prevalence, catamnesis 

MƏQALƏNİ YÜKLƏ [475.09 Kb] (yüklənib: 36)



Baxış: 110
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az