TEXNOLOGİYA TƏDQİQATLARI
Beynəlxalq Elmi Jurnal

e-ISSN: XXXX-XXXX
DOI: 10.36719
  _________________________________________________________________


Jurnal texnika elmlərini əhatə edir
 
Jurnal ingilis dilində fəaliyyət göstərir
 

"Azərbaycan Elm Mərkəzi" "Crossref" təşkilatının üzvü olduğu üçün mərkəzdə çap olunan 
məqalələrə, konfrans materialları və tezis toplularına DOI: 10.36719 təyin edilir.
Müəlliflərə "Azərbaycan Elm Mərkəzi" tərəfindən Beynəlxalq Sertifikat verilir.

Məqalə çapına dair tələblər

  • Məqalə formatı: Məqalə A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
  • Məqalənin həcmi: 7-25 səhifə arası olmalıdır.
  • Müəllif: Müəllifin adı və soyadı (məs.: Xəlil Kələntər), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, elektron poçt ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
  • Xülasə: 150-250 sözdən ibarət olmaqla ingilis dilində yazılmalıdır.
  • Açar sözlər: 5 sözdən az olmayaraq ingilis dilində yazılmalıdır.
  • Giriş
  • Tədqiqat
  • Nəticə
  • Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən az olmayaraq, ingilis dilində, əlifba sırasına uyğun olaraq yazılmalıdır. 
  • Kitaba istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində kitabın nəşr ili, adı (kursivlə) və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.
    Nümunə: Sadıqov, Ə. (2017). Fövqəladə halların idarə edilməsi problemlərinin həlli üçün modellər və texnologiyalar
  • Jurnala istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, adı, jurnalın adı (kursivlə), cild (nömrə), səhifə aralığı və məqalənin DOI kodu varsa, ardıcıllıqla qeyd olunmalıdır. 
    Nümunə: Eyyubov, R. (2024). İnformasiya təhlükəsizliyi nəzəriyyəsinin əsas müddəaları və təhlükəsizlik  hücumlarının təsnifatı.
    Elmi İş, 18(06), 146-153. https://doi.org/10.36719/2663-4619/103/146-153
  • İnternet resursuna istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, gün, ay, məqalə adı (kursivlə), veb-sayt adı və URL ardıcıllıqla qeyd olunmalıdır. 
    Nümunə: Babayev, Ş. (2023, 30 avqust). Dənəvər materialların dozalaşdırılması üçün qurğuların işlənməsi və tətbiqi. Aem.az. https://test.aem.az/index.php?newsid=3238
  • Tərtibçi müəllif tərəfindən hazırlanan kitaba istinad: Tərtibçinin soyadı, adının baş hərfi, mötərizə içində “tərtibçi” sözü, nəşr ili, kitabın adı (kursivlə) və nəşriyyat adı ardıcıllıqla qeyd olunmalıdır. 
    Nümunə: Cəlalov, Q. (tərtibçi). (2012). Stressli gərginlikli məsaməli mühitdə maye filtrasiyası proseslərinin modelləşməsi. Çaşıoğlu.
    Məqalə daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Kələntər, 2018), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Kələntər, 2018, s. 55).

 Məqalə çapı ödənişlidir
 
e-mail: technology@aem.az
 info@aem.az
______________________________________________________________

 
Ünvan: Bakı şəh., Mətbuat pr., 529,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə

 
https://aem.az

Tel.: +994 50 209 59 68
       +994 99 809-67-68
       +994 99 808 67 68
       +994 12 510 63 99


Baxış: 204
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az