HAQQINDA


“Texnologiya Tədqiqatları” beynəlxalq elmi jurnal texnika elmləri üzrə yüksək keyfiyyətli tədqiqat işlərini dərc edən resenziyalı elmi nəşrdir. Jurnal 2024-cü ildə Beynəlxalq ISSN Mərkəzində (e-XXXX-XXXX) qeydiyyata alınmış və həmin ildən fəaliyyətə başlamışdır. Akademik nəşr sahəsində beynəlxalq standartlara uyğun olaraq fəaliyyət göstərən jurnal, alimlərə və tədqiqatçılara elmi tədqiqatlarını qlobal miqyasda yaymaq imkanı yaradır. 

Jurnal beynəlxalq nəşriyyat normalarına və etik qaydalara uyğun fəaliyyət göstərir, ciddi ekspert rəyinin və redaksiyadaxili proseslərin düzgün təşkilini təmin edir, eyni zamanda yeni tədqiqatlara çıxış imkanlarını artıraraq elmi tərəqqinin inkişafını dəstəkləyir.

“Texnologiya Tədqiqatları” beynəlxalq elmi jurnal tədqiqatların qlobal ictimaiyyət üçün sərbəst şəkildə əlçatanlığını təmin edərək açıq giriş siyasətinə uyğun fəaliyyət göstərir. Jurnalda yayımlanan hər bir məqaləyə unikal DOI (Digital Object Identifier) təyin edilir. Bu sistematik identifikator məqalələrin elmi mühitdə tanınmasını və əlçatanlığını təmin edir.

  

Yayımçı:     Azərbaycan Elm Mərkəzi


                   e-ISSN: XXXX-XXXX

                   DOI: 10.36719


Əlaqə:        technology@aem.az 

                   info@aem.az

Baxış: 122
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az