https://doi.org/10.36719/2789-6919/37/30-34

Yeganə Salahova

Gəncə Dövlət Universiteti

yeganə.gdu@gmail.com


Şeir dilində sifətdən ibarət dialektizmlərin linqvistik xüsusiyyətləri


Xülasə

Azərbaycan şeir dilində sifətdən ibarət dialektizmlərin linqvistik xüsusiyyətləri ilə bağlı maraqlı cəhətlər özünü göstərir və poeziyada belə sifətlərdən söz sənətkarlarımız özlərinəməxsus üslubi çalarları yaratmaqdan məharətlə istifadə etmişlər. Poeziya dili əşya, hadisə və s. adlarını bildirən isimlər qədər də onların əlamətlərini, keyfiyyətlərini bildirən sözlərlə olduqca zəngindir və onların bir hissəsini də sifətdən ibarət dialektizmlər təşkil edir. Zəngin poetik örnəklərə istinadən qətiyyətlə demək olar ki, sinonimlik cəhətdən sifətlik bildirən dialektizmlərdən şairlərimiz daha çox istifadə etmişlər. Ba da tamamilə qanunidir: çünki bir əşyanın, hadisənin bir deyil, bir neçə əlaməti, keyfiyyəti olur və bu əlamət və keyfiyyətlər də müxtəlif dərəcələr ilə, müxtəlif incəlikləri ilə mövcud olur. Şeir dilində bütün bu incəlikləri, bu cəhətləri, əlamət və keyfiyyətləri ifadə etmək üçün sifətdən ibarət dialektizmlərə də şairlərimiz müraciət etməli olurlar ki, məqalədə onların linqvistik xüsusiyyətlərindən bəhs olunur. Poeziyanın deyim modelində - struktur-semantikasında sifətdən ibarət dialektizmlər də mühüm yerlərdən birini tutur və onlar həm təklikdə, həm də sinonim variantları ilə çıxış edərək poetik mətn quruculuğunda, müxtəlif üslubi çalarların yaradılmasında misilsiz rola malik olurlar. 

Açar sözlər: dialektizm, sifət, linqvistik, şeir dili, şivələr

Yagana Salahova

Ganja State University

yeganə.gdu@gmail.com


Linguistic Features of Dialectisms Consisting of Adjectives in 

Poetic Language


Abstract

In the Azerbaijani poetic language, certain interesting aspects of the linguistic features of dialectisms consisting of adjectives manifest themselves, and poets have skillfully used such dialectisms to create stylistic nuances unique to themselves. In poetry, words that express qualities, attributes, and characteristics of objects, events, and names are quite rich, and a significant part of these consist of dialectisms based on adjectives. Based on rich poetic examples, it can be confidently said that our poets have more frequently used dialectisms that express the qualities and characteristics of adjectives rather than their synonyms. This is entirely lawful because an object, event, or phenomenon does not have just one attribute or quality, but rather several and these attributes and qualities also exist in various degrees and with different nuances. To express all these subtleties, attributes, and qualities in poetic language, our poets resort to dialectisms made up of adjectives, and in the article, their linguistic characteristics are discussed. In the semantic structure of poetry’s phraseological model, dialectisms made up of adjectives hold an important place, and these dialectisms, along with their synonymous variants, play an unparalleled role in the creation of stylistic structures with different stylistic shades. The stylistic and grammatical capacity of poetic language is greatly expanded with the help of dialectics consisting of adjectives, and the poetic materials present in Azerbaijani linguistics are rarely seen to touch upon such important issues. Given this, the relevance of the subject discussed in the article is highlighted.

Keywords: dialectism, adjective, linguistics, poetic language, dialects

MƏQALƏNİ YÜKLƏ [519.23 Kb] (yüklənib: 27)


Baxış: 76
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az