https://doi.org/10.36719/2706-6185/39/28-30

Asya Şahverdiyeva 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə fəlsəfə doktoru 

sahverdiyeva.asya@mail.ru

Gülbəniz Qədirova

Lənkəran Dövlət Universiteti

kimya üzrə fəlsəfə doktoru 

gulbnizgdirova@gmail.com 


Ali məktəblərdə kimyanın tədrisində laboratoriya dərslərinin rolu


Xülasə

Gələcəkdə müəllim olacaq tələbə namizədlər üçün laboratoriya bacarıqlarına sahib olmaq çox vacibdir. Ona görə də tələbələrin laboratoriyadan istifadə səviyyəsinin artırılması məsələsi pro­fessor-müəllim heyəti üçün prioritet məqsədlərdən biri olmalıdır. Məqalədə tələbələrin kimya fənnini öyrənmələrində laboratoriya dərslərinin vacibliyindən bəhs olunur. 

Laboratoriya dərsləri tələbələrə kimya laboratoriyasındakı təcrübələri daha yaxşı başa düşmələ­rinə kömək etməklə yanaşı, tədrisin sonunda kimya laboratoriyasında tələbə-tələbə, tələbə-müəllim ünsiyyətinin artırılması və bununla da nəzəri biliklərin təkmilləşdirilməsində də böyük rol oynayır.

Laboratoriya mühitində tələbələrin şüurunu aktivləşdirməyin yollarından biri də tələbələrin apardıqları təcrübələr və əldə etdikləri nəticələr haqqında daha çox məlumat əldə etmək üçün onları düşündürəcək üsullardan istifadə etməkdir. Bu üsullardan biri olan "proqnozlaşdırma-müşahidə-izah” üsulu anlayışların dərketmə səviyyəsinin müəyyən edilməsində və anlayışların öyrədilməsin­də istifadə olunur.

Bu üsul kimya dərslərində hadisələrin, anlayışların səbəbləri haqqında daha çox düşünməyə imkan verməklə laboratoriya tədqiqatlarının effektivliyini artıra bilər. Bu strategiya 3 mərhələdən ‒ proqnoz (səbəblə), müşahidə və izahatdan ibarətdir. Birinci mərhədə tələbələrə araşdırılacaq mövzu, hadisə və ya sual təqdim olunur. Bu mərhələdə tələbələrdən araşdırılacaq hadisənin səbəbləri ilə ya­naşı, nəticələrini də proqnozlaşdırmaları xahiş olunur. İkinci mərhələdə tələbələr araşdırılan hadi­səni müşahidə edir və əslində, nə baş verdiyini özləri öyrənir, cümlələrlə yazırlar. Son mər­hələdə şagirdlər öz müşahidələrini ilkin proqnozlarla müqayisə edirlər.

Açar sözlər: kimya, laboratoriya, müəllim, tələbə, maddə


Asya Shahverdiyeva

Azerbaijan State Pedagogical University

Doctor of Philosophy in Chemistry

sahverdiyeva.asya@mail.ru

Gulbaniz Gadirova

Lankaran State University

Doctor of Philosophy in Chemistry

gulbnizgdirova@gmail.com


The Role of Laboratory Lessons in Teaching Chemistry in Higher Schools


Abstract

Sufficient level for student candidates who will become teachers in the future having laboratory skills is very important. Therefore, students increasing the level of use of the laboratory should be one of the priority goals for the teaching staff. This article discusses the importance of laboratory classes in students' learning of chemistry.

Laboratory classes not only help students to better understand the experiments in the chemistry laboratory, but also play a major role in increasing the student-student and student-teacher 


 

communication in the chemistry laboratory at the end of the study, thereby improving theoretical knowledge.

One of the ways to activate students' consciousness in the laboratory environment is to use thought-provoking techniques to learn more about students' experiences and outcomes. One of these methods, the "prediction-observation-explanation" method, is used to determine the level of understanding of concepts and to teach concepts.

This method can increase the effectiveness of laboratory studies in chemistry classes by allowing to think more about the causes of phenomena and concepts. This strategy consists of 3 stages ‒ prediction (with reason), observation, explanation. In the first stage, students are presented with a topic, event or question to be investigated. In the first stage, students are asked to predict the causes as well as the consequences of the event to be investigated. In the second stage, students observe the investigated event and find out what actually happened, write in sentences. At the final stage, students compare their observations with initial predictions.

Keywords: chemistry, laboratory, teacher, student, substance
MƏQALƏNİ YÜKLƏ [583.76 Kb] (yüklənib: 5)

Baxış: 72
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az