https://doi.org/10.36719/2789-6919/36/15-19

Şöhrət Məmmədova 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

filologiya üzrə fəlsəfə doktoru

sohret.nesirova24@gmail.com

https://orcid.org/.0009-0006-6553-6385


Əli Səmədovun uşaq nağıllarının mətn informasiyası


Xülasə

Azərbaycan uşaq nəsrinin inkişafında Əli Səmədovun ayrıca yeri vardır. Ümumiyyətlə, iyirminci əsrin 60-cı illəri ədəbi-nəzəri fikirdə xüsusi mərhələ olaraq səciyyələnir. Bunun isə əsaslı səbəbləri vardır və təkcə Azərbaycan miqyasında olan canlanma ilə şərtlənmir. Daha çox sovetlər məkanında, eləcə də Avropa mühitində baş verən oyanışlara, hərəkətliliyə bağlanır. “Altmışıncı illər nəsri” və yaxud da “altmışıncı illər nəsli” adı ilə səciyyələnən bu dövr bütün parametrlərdə eyni təsəvvürü və məzmunu canlandırır. Poeziyanın, nəsrin, dramaturgiyanın, publisistikanın, ədəbi tənqidin bu mərhələdəki özünəməxsusluq mənzərəsi milli düşüncənin, arxaik yaddaşın bir tendensiya olaraq hərəkətliliyinə, oyanışına bağlanması ilə spesifikləşir. Uşaq ədəbiyyatı da bu prosesdə özünəməxsus düşüncə modellərinin, həyatı dərk və təqdim üsullarının diqqətçəkici tərəfləri ilə səciyyələnir. 

Yaşlı nəslin nümayəndələri, eləcə də 60-cı illərdə böyük ədəbiyyata qədəm qoyan sənətkarların mühüm bir qismi uşaq ədəbiyyatı yaratmaq işində fəal rol oynadılar. M.Rzaquluzadə, M.Seyidzadə, M.Dilbazi, Ə.Cəmil, N.Rəfibəyli, R.Rza, S.Məmmədzadə, Y.Həsənbəy, V.Nəsib, C.Məmmədov, Ə.Kərim, C.Novruz, F.Sadıq, T.Mütəllibov, M.Namaz, A.Kəmərli, M.Əliyev və s. sənətkarların ədəbi-mədəni prosesdəki fəaliyyəti bütün aspektləri ilə zənginləşməyə köklənirdi. Bütün bunların ümumi ahəngi uşaq ədəbiyyatı yaratmaq işində gərəkli işlərin  görülməsini diqqət önünə gətirir. Ə.Səmədov da uşaq ədəbiyyatına gələn istedadlı sənətkarlar içərisində öz ruhu, düşüncəsi ilə seçilən şəxsiyyətlərdən olmuşdur.

Açar sözlər: Əli Səmədov, uşaq ədəbiyyatı, nağıl, əfsanə, rəvayət, hekayə, uşaq folkloru


Shohrat Mammadova

Azerbaijan State Pedagogical University

doctor of philosophy in philology

sohret.nesirova24@gmail.com

https://orcid.org/.0009-0006-6553-6385


Text information of Ali Samadov's children's fairy tales


Abstract

Ali Samadov has a special place in the development of Azerbaijani children's prose. In general, the 60s of the twentieth century are characterized as a special stage in literary and theoretical thought. There are good reasons for this and it is not only caused by the revival in Azerbaijan. It is mostly connected to the awakenings and mobility that took place in the Soviet space, as well as in the European environment. This period, which is characterized by the name "prose of the sixties" or "generation of the sixties", revives the same imagination and content in all parameters. The peculiarity of poetry, prose, dramaturgy, publicism, and literary criticism at this stage is specified by the connection to the mobility and awakening of national thought, archaic memory as a trend. In this process, children's literature is also characterized by the remarkable aspects of unique thinking models, ways of understanding and presenting life.

Representatives of the older generation, as well as an important part of the artists who entered great literature in the 60s, played an active role in creating airplane literature. M. Rzaguluzade, M. 


 

Seyidzade, M. Dilbazi, A. Jamil, N. Rafibeyli, R. Rza, S. Mammadzade, Y. Hasanbey, V. Nasib, J. Mammadov, A. Karim, J. Nowruz, F. Sadig, T. Mutallibov, M. Namaz, A. Kemarli, M. Aliyev, etc. the activity of artists in the literary and cultural process was rooted in enrichment in all its aspects. The general harmony of all this brings to the fore the necessary work to be done in the work of creating children's literature. A. Samadov was one of the talented artists who came to children's literature, who stood out for his spirit and thought.

Keywords: Ali Samadov, children's literature, fairy tales, legends, narratives, stories, children's folklore

MƏQALƏNİ YÜKLƏ [614.24 Kb] (yüklənib: 33)


Baxış: 97
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az