https://doi.org/10.36719/2789-6919/36/9-14

Amil Əsgərov

Naxçıvan Dövlət Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

amilesgerov075@gmail.com

https://orcid.org/.0000-0001-9286-5017


Naxçıvan musiqi folklorunun özünəməxsus cəhətləri


Xülasə

Naxçıvan – yaşı min illərlə ölçülən çoxəsrlik tarixə, zəngin maddi və mənəvi mədəniyyətə, bəşər tarixinin ilk dövrlərinə və sonrakı yüzilliklərə aid özünəməxsus arxeoloji və etnoqrafik abidələrə malik olan qədim Azərbaycan diyarıdır. Naxçıvan əsrlər boyu özünün zəngin təbii sərvətləri, heyrətamiz, gözəl və saf təbiəti, şəfaverici suları və bitkiləri ilə şöhrət qazanmışdır. 

Naxçıvan, eyni zamanda, Qədim və Orta əsrlərdə elmin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə bəşəriyyətə böyük şəxsiyyətlər, yaradıcı dahilər bəxş etmiş bir məkandır. Azərbaycanın ayrılmaz parçası olan bu qədim diyarın elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin yaratdığı qiymətli elmi, mədəni, ədəbi dəyərlər, maddi-mənəvi abidələri, o cümlədən, xalq yaradıcılığı, aşıq və muğam sənəti bütün Şərq mədəniyyətini zənginləşdirmiş və inkişaf etdirmişdir. 

Naxçıvanda görkəmli rəssamlar, memarlar və şairlər ilə yanaşı, rəqs sənətinin biliciləri, peşəkar muğam ifaçıları və ustad aşıqlar yaşayıb-yaratmışlar. Naxçıvanda fəaliyyət göstərən ədəbi mühitlərdə, musiqili-poetik məclislərdə, ənənəvi bayram mərasimlərində rəqqaslar, xanəndə və sazəndələr də fəal iştirak etmiş, daim muğamlar, təsniflər, xalq mahnıları səsləndirmişlər. 

Naxçıvan çox zəngin folklor mühitinə və ənənələrinə malikdir. Bu diyarın, demək olar, hər bir bölgəsi özünəməxsus folklor janrları, folklor-ifaçılıq ənənələri ilə seçilir. Naxçıvanın qədim yallı janrının ən çox yayıldığı region olması faktı da artıq elmi dəlillərlə təsdiqini tapmışdır. 

Açar sözlər: Azərbaycan, Naxçıvan, musiqi, folklor, xalq yaradıcılığı, janr


Amil Asgarov 

Nakhchivan State University 

doctor of philosophy in pedagogy

amilesgerov075@gmail.com

https://orcid.org/.0000-0001-9286-5017


Specific aspects of Nakhchivan music folklore


Abstract

Nakhchivan is an ancient Azerbaijani land with centuries-old history, rich material and spiritual culture, unique archaeological and ethnographic monuments from the first periods of human history and the following centuries. For centuries, Nakhchivan has gained fame for its rich natural resources, amazing, beautiful and pure nature, healing waters and plants.

At the same time, Nakhchivan is a place that gave humanity great personalities and creative geniuses in all fields of science, culture and art in the Ancient and Middle Ages. Valuable scientific, cultural, literary values, material and spiritual monuments created by science, culture, literature and art figures of this ancient land, which is an inseparable part of Azerbaijan, including folk creativity, ashiq and mugham art, have enriched and developed the entire Eastern culture.


 

From ancient times, especially from the Middle Ages to the present day, along with famous artists, architects and poets, connoisseurs of dance art, professional mugam performers and master lovers have lived and created in Nakhchivan. Dancers, singers and musicians actively participated in literary circles, musical-poetic gatherings, and traditional holiday ceremonies in Nakhchivan.

Nakhchivan has a rich folklore environment and traditions. Almost every region of this country is distinguished by its own folklore genres and folklore-performance traditions. The fact that Nakhchivan is the region where the ancient yalli genre is most widespread has already been confirmed by scientific evidence.

Keywords: Azerbaijan, Nakhchivan, music, folklore, folk creativity, genre

MƏQALƏNİ YÜKLƏ [603.67 Kb] (yüklənib: 38)

Baxış: 137
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az