DOI: https://doi.org/10.36719/2706-6185/36/51-55

Lalə Məmmədova

 Azərbaycan Dövlət Pedaqoji Universiteti 

lale_memmedova95@bk.ru


İNKLÜZİV TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ SİNFİN EFFEKTİV 

İDARƏ EDİLMƏSİNDƏ MÜƏLLİMİN ROLU 


Xülasə

Xüsusi məktəblərdə tədris-tərbiyə prosesinin təşkilində və korreksiya fəaliyyətində müəllimin rolu böyükdür. Korreksiyaedici təhsil müəssisələrində müəllim öz vəzifə və funksiyaları ilə kütləvi məktəbin müəllimlərindən fərqlənir. Müəllimin pedaqoji-peşə fəaliyyətinin çoxcəhətliliyi və çoxfunksionallığı özünü bir tərəfdən şagirdlərin təlim-tərbiyəsini dövlət təhsil siyasətinə və dövlətin verdiyi müvafiq tələblərə uyğun fəaliyyət göstərən bir dövlət qulluqçusu olmasında, ikinci tərəfdən uşağı şəxsiyyət kimi formalaşdırmaq və hərtərəfli inkişaf etdirmək məsələlərini həyata keçirən sosial işçi, digər tərəfdən isə psixi inkişaf, sensor, davranış, və s. çatışmazlıqları olan uşaqlarla iş aparan sosial pedaqoq, pedaqoq-defektoloq rolunda göstərir. 

Xüsusi təhsil üzrə müəllimin funksiyalarına xüsusi diqqət və fəaliyyət tələb edən şagirdlərlə aparılan korreksiya, pedaqoji prosesi təşkil etmək və onu konkret məzmunla zənginləşdirmək daxildir. Müəllim öz şagirdləri və valideynləri arasında əməkdaşlığı və qarşılıqlı fəaliyyəti təmin edən ən mühüm həlqədir. Müəllim təlim-tərbiyə prosesində şagirdlərin inkişaf və davranış pozulmalarının korreksiya və profilaktika məsələlərinin həyata keçirilməsində fəal iştirakçı olmaqla bərabər, həm də onların yerinə yetirilməsi üçün əxlaqi, intellektual, fiziki və psixoloji hazırlığa malik olmalıdır. Korreksiyaedici təhsil müəssisələrində müəllim uşaqların inkişaf və davranışındakı mövcud və ya ola biləcək qüsurları aradan qaldırmağa, yaxud qarşısının alınmasına yönəldilmiş metod və üsulları seçir, təlim prosesində onlardan istifadə edir. Müəllim həmişə fəal, yaradıcı olmalı, mürəkkəb, psixo-fiziki inkişaf çatışmazlıqlı uşaqlar kimi bir kollektivə rəhbərlik edərək təlim-tərbiyə prosesində aparıcı rol oynamalıdır. Beləliklə də, korreksiyaedici müəssisələrdə çalışan müəllimlərin şəxsi və peşə keyfiyyətləri vəhdət təşkil edir. 

Açar sözlər: xüsusi təhsil, müəllim, şagird, fəaliyyət, korreksiya işi


Lala Mammadova

Azerbaijan State Pedagogical University

lale_memmedova95@bk.ru


The importance of the teacher in effective classroom management 

in inclusive educational institutions


Abstract

In special schools, the role of the teacher in the organization of the teaching-educational process and correctional activities is great. In correctional educational institutions, teachers differ from mass school teachers in terms of their duties and functions. The multifaceted and multi-functionality of the teacher's pedagogical-professional activity is, on the one hand, the fact that he is a civil servant who works in accordance with the state education policy and the relevant requirements of the state, and on the other hand, he is a social worker who implements the issues of shaping and comprehensively developing the child as a personality, and on the other hand, and mental development, sensory, behavior, etc. he acts as a social pedagogue working with children with disabilities, a pedagogue-defectologist.

The functions of a special education teacher include organizing the correction-pedagogical process with students who require special attention and activity and enriching it with contextual content. The teacher is the most important link that ensures cooperation and interaction between his students and parents. The teacher must be an active participant in the implementation of the correction and prevention of development and behavior disorders of students in the educational process, and must also have moral, intellectual, physical and psychological preparation for their implementation. In correctional educational institutions, the teacher chooses methods and techniques aimed at eliminating or preventing existing or possible defects in children's development and behavior, and uses them in the training process. A teacher should always be active, creative, leading a team such as children with complex, psycho-physical developmental deficits, and should play a leading role in the educational process. Thus, the personal and professional qualities of teachers working in correctional institutions are unified.

Keywords: special education, teacher, pupil, activity, correctional work

MƏQALƏNİ YÜKLƏ [472.38 Kb] (yüklənib: 17)



Baxış: 130
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az