DOI: https://doi.org/10.36719/2706-6185/36/11-15

Yeganə Məmmədova

 Azərbaycan Dövlət Pedaqoji Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

yeganememmedova.doc@gmail.com


MƏKTƏBƏHAZIRLIQ DÖVRÜNDƏ SAVAD TƏLİMİ ÜZRƏ 

MƏŞĞƏLƏLƏRİN TƏŞKİLİ


Xülasə 

Müstəqil Azərbaycan Respublikasının gələcəyi olan gənc nəslin tərbiyəsinin kiçik yaşlardan düzgün təşkilini həyata keçirmək məktəbəqədər tərbiyə müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Bu dövrdə uşaqların ana dilinə yiyələnməsi təlim-tərbiyə işinin düzgün həyata keçirilməsindən çox asılıdır. Ana dili tədrisi məktəbəqədər tərbiyə müəssisələrində böyük pedaqoji əhəmiyyəti olan məsələdir. Uşaqların təfəkkür səviyyəsini müəyyənləşdirməkdə və onun inkişaf yolunu təmin etməkdə ana dili tədrisinin ümumi təlim sistemində rolu son dərəcə böyükdür. Altıyaşlıların təliminin müvəffəqiyyətli və cəlbedici olması üçün düşündürücü və inkişafetdirici oyunlardan istifadə olunmalıdır. Uşaqlar oyun zamanı sərbəst olur, yeniliyi asanlıqla qavraya bilirlər. Oyun zamanı uşağın təfəkkürü, yaddaşı, müşahidəçilik qabiliyyəti, diqqəti daha asanlıqla inkişaf edir. 

Tərbiyəçi hər bir məşğələyə vaxtında hazırlaşmalı, üzərində iş aparılacaq materialı diqqətlə seçməli, məşğələdə istifadə ediləcək iş formalarını, metod və priyomları müəyyənləşdirməlidir. Nitq inkişafı üzrə iş uşaqların fiziki imkanlarına müvafiq olmaqla onların fikir və fəaliyyətini hərəkətə gətirməli, təfəkkürünü, yaddaşını inkişaf etdirməli, müqayisəetmə, ümumiləşdirmə, əqli nəticəyə gəlmə bacarıqlarına yiyələnməsini təmin etməlidir. Bütün bunlara nail olmaq üçün nitq inkişafı üzrə iş birtərəfli deyil, kompleks şəkildə aparılmalıdır. 

Açar sözlər: məktəbəhazırlıq, savad təlimi, oxu, yazı, nitq inkişafı


Yegana Mammadova

 Azerbaijan State Pedagogical University

Doctor of Philosophy in Pedagogy

 yeganememmedova.doc@gmail.com


Organization of literacy training during pre-school


Abstract

It is one of the most important tasks of pre-school educational institutions to implement the proper organization of the education of the young generation, who are the future of the independent Republic of Azerbaijan, from a young age. During this period, children's acquisition of their mother tongue is highly dependent on the correct implementation of training and upbringing work. Mother tongue teaching is a matter of great pedagogical importance in preschool educational institutions. The role of mother tongue teaching in the general education system is extremely important in determining the level of thinking of children and ensuring its development path. In order for the training of six-year-olds to be successful and attractive, thought-provoking and developing games should be used. Children are free during the game, they can easily grasp the novelty. During the game, the child's thinking, memory, ability to observe, and attention develop more easily.

The educator should prepare for each exercise on time, carefully select the material to be worked on, determine the work forms, methods and principles to be used in the exercise. Work on speech development should be relevant to children's physical capabilities and should stimulate their thoughts and activities, develop their thinking, memory, and ensure that they acquire the skills of comparison, generalization, and mental conclusion. In order to achieve all this, the work on speech development should be done comprehensively, not unilaterally. 

Keywords: school preparation, literacy training, read, writing, speech development

MƏQALƏNİ YÜKLƏ [596.59 Kb] (yüklənib: 6)


Baxış: 117
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az