DOI: https://doi.org/10.36719/2789-6919/33/111-115

Nicat Həsənov

Naxçıvan Dövlət Universiteti

bakalavriat

Yusifogluicat@gmail.com 


XX-XXI ƏSRLƏRDƏ NAXÇIVANIN MUSİQİ İFAÇILIQ SƏNƏTİ


Xülasə

Məqalədə XX-XXI əsrlərdə Naxçıvan musiqi ifaçılığının inkişafı ilə bağlı mədəniyyətin bütün sahələrinə müraciət edərək, bu mövzunu bir neçə istiqamətdə araşdıraraq, Azərbaycan musiqişünaslığında xalq musiqisi, aşıq sənəti və şifahı ənənəli professional musiqi üzrə maraqlı müraciət etmiş, Naxçıvan musiqi-ifaçılıq sənətini araşdırarkən, onlardan bəhrələnmişik.   

Müasir dövrdə Naxçıvan Muxtar Respublikasında elmin və mədəniyyətin inkişafı məsələləri xüsusi vüsət kəsb etmişdir. Naxçıvanda həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, mədəniyyət abidələrinin bərpası və qorunması, mədəniyyət müəssisələrində, elm və təhsil ocaqlarında müasir səviyyədə quruculuq işləri bunun bariz nümunəsidir. Bütün bunlar Naxçıvanda elm və mədəniyyətin inkişaf istiqamətlərini və tədqiqi məsələlərini aktuallaşdırır. 

Qeyd etmək lazımdır ki, musiqi ifaçılığı ümumən musiqi mədəniyyəti və incəsənətinin yaşamasını və inkişafını şərtləndirən ən mühüm sahələrdən və amillərdən biridir. Musiqi janrları, folklor nümunələri, muğam və aşıq musiqisi, eləcə də bəstəkar əsərləri məhz ifaçılıq sənəti vasitəsilə səslənir, cəmiyyətə təqdim olunur və öz estetik funksiyasını yerinə yetirə bilir. 

Naxçıvanda əsrlər boyu geniş bir şəkildə təşəkkül tapmış və bütün regionları əhatə etmiş folklor musiqisi, mərasim musiqisi, aşıq və muğam sənəti növ və janr baxımından olduqca rəngarəng və zəngindir. Naxçıvanın ənənəvi musiqi mədəniyyətinin və musiqi yaradıcılığının belə zəngin janr və növlərə malik olması bilavasitə musiqi ifaçılığının da istiqamətlərini müəyyən etmişdir. Bir sözlə, Naxçıvanda musiqi ifaçılığının istiqamətləri, növləri musiqi janrları ilə əlaqədə yaranmış və inkişaf etmişdir.

Beləliklə, Naxçıvanın qədim tarixə və mədəniyyətə malik bir diyar kimi Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında xüsusi rolu və yeri vardır. Azərbaycan mədəniyyətinin inkişafı kontekstində Naxçıvan musiqi həyatının əsas istiqamətlərinin öyrənilməsi böyük əhəmiyyətə malikdir

Açar sözlər: Naxçıvan, folklor musiqisi, mərasim musiqisi, aşıq, muğam 


Nijat Hasanov

Nakhchivan State University

student 

Yusifogluicat@gmail.com 


Music performance art of Nakhchivan in the 20th-21st centuries


Abstract

In the article, addressing all areas of culture related to the development of Nakhchivan music performance in the 20th-21st centuries, researching this topic in several directions. In Azerbaijani musicology, we have made an interesting application of folk music, ashiq art and traditional oral professional music.

In modern times, the development of science and culture in the Nakhchivan Autonomous Republic has become a special issue. Internationally important events in Nakhchivan, restoration and protection of cultural monuments, and construction works at the modern level in cultural institutions, science, and educational institutions are a clear example of this. All this makes the development directions and research issues of science and culture in Nakhchivan relevant.

It should be noted that music performance is one of the most important areas and factors determining the survival and development of music culture and art in general. Music genres, folklore samples, mugham and ashiq music, as well as composer's works are sounded, presented to the society and able to fulfill their aesthetic function precisely through the performing arts.

Folk music, ceremonial music, ashiq and mugham art, which has been widely formed in Nakhchivan for centuries and covered all regions, is very colorful and rich in terms of types and genres. The fact that the traditional musical culture and musical creativity of Nakhchivan has such rich genres and types has directly determined the direction of music performance. In a word, the directions and types of musical performance in Nakhchivan were created and developed in connection with musical genres.

Thus, Nakhchivan, as a land with ancient history and culture, has a special role and place in the formation and development of Azerbaijani culture. In the context of the development of Azerbaijani culture, the study of the main directions of the musical life of Nakhchivan is of great importance

Keywords: Nakhchivan, folklore music, ceremonial music, ashiq, mugham

MƏQALƏNİ YÜKLƏ [612.65 Kb] (yüklənib: 31)


Baxış: 134
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az