DOI: https://doi.org/10.36719/2789-6919/33/80-88

Madina Abbaszade

Baku State University

master student

madinaabbaszada@gmail.com


TRANSFER PRICING AND ITS METHODS


Abstract

The transfer pricing is the price determined during transactions between related parties and should be consistent with the prices determined in comparable transactions between independent parties under the same conditions. Transfer pricing applies to controlled transactions. Controlled transactions are transactions between related parties. The price applied in controlled transactions should be consistent with the price applied in transactions between unrelated independent parties under the same circumstances. If the prices of goods, works, or services provided or received within controlled transactions do not align with the prices of comparable non-controlled transactions, the tax authority will recalculate the tax for that transaction based on the transfer prices.The "arm's length" principle is the basis of the application of the transfer price. According to the "arm's length" principle, transactions between related parties must reflect terms of transactions between independent parties.

5 methods are used to apply the transfer price. 1) comparable uncontrolled price method; 2) resale price method; 3) the cost plus; 4) transactional net margin method; 5) the profit-split method

In the article, the concept of transfer pricing, rules of application, arm's length principle, and methods of transfer pricing application are thoroughly examined.

Keywords: transfer pricing, arm's length principle, multinational enterprises, related parties, controlled transactions


Mədinə Abbaszadə

Bakı Dövlət Universiteti

magistrant

madinaabbaszada@gmail.com


Transfer qiyməti və onun metodları


Xülasə

Transfer qiyməti əlaqəli şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymətdir. Transfer qiyməti nəzarət olunan əməliyyatlara tətbiq olunur. Nəzarət olunan əməliyyatlar əlaqəli şəxslər arasında aparılan əməliyyatlardır. Nəzarət olunan əməliyyatlar zamanı tətbiq olunan qiymət eyni şəraitdə əlaqəli olmayan müstəqil tərəflər arasında aparılan əməliyyatlar zamanı tətbiq olunan qiymətə uyğun olmalıdır. Nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların (işlərin, xidmətlərin) qiymətləri müqayisə edilən nəzarət olunmayan əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, vergi ödəyicisi və vergi orqanı həmin əməliyyatdan vergini transfer qiymətləri əsas götürülməklə yenidən hesablayır. Transfer qiymətinin tətbiq olunmasının əsasında “qol uzunluğu” prinsipi dayanır. “Qol uzunluğu” prinsipinə görə qarşılıqlı şəkildə əlaqəli olan tərəflər arasındakı əqdlərin şərtləri bir-birindən asılı olmayan tərəflərin arasındakı eyni əqdlərin müvafiq şərtlərinə uyğun olmalıdır.

Transfer qiymətinin tətbiq olunmasında 5 metoddan istifadə olunur: 1) qiymətlərin müqayisəsi üsulu; 2) sonrakı (təkrar) satış qiyməti üsulu; 3) dəyərin toplanması üsulu; 4) rentabellilik üsulu; 5) mənfəətin bölgüsü üsulu.

Məqalədə transfer qiymətinin anlayışı, tətbiqi qaydaları, qol uzunluğu prinsipi və transfer qiymətinin tətbiqi metodları araşdırılmışdır. 

Açar sözlər: transfer qiyməti, qol uzunluğu prinsipi, çoxmillətli müəssisələr, əlaqəli tərəflər, nəzarət olunan əməliyyatlar

MƏQALƏNİ YÜKLƏ [615.83 Kb] (yüklənib: 30)


Baxış: 166
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az