DOI: https://doi.org/10.36719/2789-6919/33/69-73

Səid Məhəmmədli 

Bakı Dövlət Universiteti 

magistrant

seid.mehemmedli822@gmail.com


VERGİ MÜNASİBƏTLƏRİNİN CİNAYƏT-HÜQUQİ MÜHAFİZƏSİ ZAMANI TÖRƏDİLƏN DƏLƏDUZLUQ ƏMƏLLƏRİNDƏ ALDATMANIN ANLAYIŞI VƏ FORMALARI


Xülasə

Məqalədə vergi cinayətlərinin törədilməsi zamanı yol verilən dələduzluq əməlinin törədil­məsinin üsulu kimi aldatmanın anlayışından və onun növlərinin cinayət-hüquqi təhlilindən bəhs edilir. Dələduzluq əməli aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi, yaxud mülkiyyətçisi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qə­ra­rın­da göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əm­la­kı­nı (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hə­rəkətlərin edilməsi başa düşülür. Ədəbiyyatlarda isə, aldatmanın aşağıdakı təsnifatı aparılır: şəxsiyyətə dair, predmetə dair, hadisə və hərəkətlərə dair, niyyətə dair aldatma. 

Bundan əlavə, məqalədə vergi cinayətlərinin törədilməsi zamanı dələduzluğun formalarından biri kimi aldatma ilə bağlı ədəbiyyatlarda müəlliflər tərəfindən səsləndirilən fikirlərə istinad edilməklə, adı çəkilən üsulun mahiyyət və məzmununa da aydınlıq gətirilir.

Açar sözlər: vergi, vergi cinayətləri, dələduzluq, əmlak, əmlak hüququ, aldatma, aldatmanın növləri, saxta sənədlər 


Said Mahammadli 

Baku State University 

graduate student

seid.mehemmedli822@gmail.com


Deception and forms of fraud in the criminal-legal protection of tax relations


Abstract

Description of deception and criminal-law analysis of its types is discussed as a method of committing fraud in the article. Fraud is committed through deception or abuse of trust and the property owner or proprietor voluntarily transfers his property or the right to it to other persons under the influence of false promises. The Decree No. 7 of the Plenum of the Supreme Court of the Republic of Azerbaijan dated June 11, 2015 “On judicial practice in cases of fraud crimes” states that with regard to deception as a means of committing fraud, at the same time, it is understood that a person who intends to take possession of another’s property (property right) reports knowingly false, inaccurate information or conceals reliable information or commits other deliberate actions aimed at taking possession of property. In the literature, deception is classified as: deception about a person, object, events and actions, intention.

Along this, referring to the ideas spoken in literatures by the authors related to deception as a committing method of fraud in the article, the essence and content of the mentioned method are also clarified.

Keywords: taxes, tax crimes, fraud, property, ownership right, deception, types of deception, fake documents

MƏQALƏNİ YÜKLƏ [619.18 Kb] (yüklənib: 31)


Baxış: 151
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az