DOI: https://doi.org/10.36719/2789-6919/33/23-28

Rauf Nuhov

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

doktorant

enrio2904@gmail.com


ƏRAZİLƏRİN ZONALAŞDIRILMASI, İDARƏ EDİLMƏSİ VƏ BU PROSESDƏ 

MÜASİR TEXNOLOGİYALARIN TƏTBİQİ MƏSƏLƏLƏRİ


Xülasə

XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin düşdüyü ağır vəziyyətdən sui-istifadə edən düşmən bir neçə il ərzində xarici qüvvələrin də dəstəyi ilə əzəli torpaqlarımızı işğal etdi. Nəhayət, ölkə başçısının uzun müddət torpaqlarımızı azad etmək üçün apardığı uzaqgörən siyasəti, güclü ordumuzun igid oğullarının qəhrəmanlıqları öz doğma sahiblərinə qayıdışı gözləyən  torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələndi. Məlumdur ki, uzun müddət erməni vəhşiliklərinə məruz qalan şəhər və kəndlərimiz yerlə yeksan olmuş, gec-tez öz sahiblərinə geri qayıdacağı ilə barışmaq istəməyən qanunsuz erməni “rəhbərliyi” 30 il ərzində bu ərazilərdə nəinki quruculuq işləri aparmış, uzun əsrlər xalqımızın bu torpaqlarda qoyduğu tarixi izləri itirməyə çalışmışdır. Məhz bu səbəbdən məqalədə hazırda bu ərazilərdə sürətlə davam edən bərpa etmə prosesi ilə birbaşa əlaqəsi olan ərazi zonalaşdırılması və idarə edilməsi prosesləri araşdırılmış, bu prosesin digər ölkələrdə və ölkəmizdə müqayisəli təhlili aparılmışdır. Bundan başqa, bu müqəddəs misiyanın yerinə yetirilməsində ən səmərəli və sürətli üsulların seçilməsi üçün süni intellekt, artırılmış reallıq, geoinformasiya texnologiyaları kimi texnologiyalarının tətbiqinin vacibliyi vurğulanmış və konkret nümunələrlə effektivliyi əsaslandırılmışdır.

Açar sözlər: ərazi planlaşdırılması (zonalaşdırılması) və idarə edilməsi, məkan planlaşdırılması, geoinformasiya texnologiyaları (GİT), artırılmış reallıq (AR), kompyuter yardımı ilə dizayn proqramı (CAD)


Rauf Nuhov

Ministry of Defence of the Azerbaijani Republic

adjunct

enrio2904@gmail.com


Issues of territory zoning (land zoning), its management and the application of modern technologies in this process


Abstract

At the beginning of the 90s of the twentieth century, the enemy, who took advantage of the difficult situation in which our country was in, occupied our ancient lands with the support of foreign forces for several years. Finally, the long-term visionary policy of the head of the country to liberate our lands, and the heroism of the brave sons of our strong army resulted in the liberation of our lands from the enemy. It is known that our towns and villages, which were exposed to Armenian brutality for a long time, were razed to the ground, and the illegal Armenian "leadership", which did not want to accept the fact that they would return to their owners tried to erase the historical traces left by our people on these lands for many centuries. For this reason, the article examines the processes of zoning and management of the territory, which are directly related to the rapid recovery process currently underway in these areas, and a comparative analysis of this process in other countries and our country. In addition, the importance of applying technologies such as artificial intelligence, augmented reality, and geo-information technologies for the selection of the most efficient and fast methods for the fulfillment of this sacred mission was emphasized and their effectiveness was justified with concrete examples.

Keywords: territory zoning (land zoning), management, spatial planning, geoinformation technologies (GIT), augmented reality (AR), computer-aided design (CAD)

MƏQALƏNİ YÜKLƏ [772.8 Kb] (yüklənib: 31)


Baxış: 163
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az