DOI: https://doi.org/10.36719/2706-6185/35/96-101

Gülay Bağırova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

doktorant

bagirovagb03@gmail.com 

https://orcid.org/0009-0002-4794-0748


ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ SEÇİLMİŞ TƏLİM MATERİALLARININ 

ŞAGİRDLƏRİN BƏDİİ-ESTETİK TƏRBİYƏSİNƏ TƏSİRİ


Xülasə

Müstəqillik illərindən etibarən ədəbiyyat təliminin məzmununda baş vermiş dəyişikliyin, zənginləşmənin ardıcıl olaraq izlənilməsi, tədqiq və təhlil edilməsi, ən əsası, dərsliklər hazırla­narkən inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi nəticəsində fənnin məzmunu inkişafa doğru dəyişmişdir. Ümumtəhsil məktəblərində ədəbiyyat kursunun yeni məzmunu və məktəbdə öyrədilməsi sistemi günün tələbləri səviyyəsində tədqiq edilərkən aydın olur ki, bugünkü ədəbiyyat təlimində əsas məqsəd şagirdlərə iri həcmdə biliklərin verilməsi deyil, əksinə, onların şəxsiyyət kimi formalaşmasında rol oynayan daha az nəzəri məlumatların, praktik tapşırıqların və seçilmiş əsərlərin tədrisidir.

İkinci olaraq, elmi-metodoloji konsepsiyaya uyğun gələn, klassik və çağdaş ədəbi irsin qismən də olsa mənimsənilməsi üçün təqdim edilən bədii əsərlərin məzmun və ideyasının şagird şəxsiyyətinin inkişafına təsiri araşdırılmış, nəticələr əldə edilmişdir.

Həmçinin dərsliklərdə yer alan ədəbi nümunələrin təlimi əhəmiyyətini artırmaq üçün bədii əsərin düzgün təhlil və şərh edilməsi yolları müəyyənləşdirilmiş, yaradıcı şərhetmənin məktəblinin xarakter və dünyagörüşünün formalaşmasına, bədii-estetik tərbiyəsinin inkişafına təsiri araşdırıl­mışdır.

Açar sözlər: ədəbiyyat, bədii mətn, estetik tərbiyə, təlim, dərslik


Gulay Baghirova 

Azerbaijan State Pedagogical University

Ph.D student

bagirovagb03@gmail.com

https://orcid.org/0009-0002-4794-0748


The Impact of Selected Teaching Materials on Students' Figurative-Sesthetic Education 

in the Literature Subject


Abstract

Since the years of independence, there has been a continuous observation, research, and analysis of the changes and enrichments in the content of literature education, and, most importantly, the utilization of the experiences of developed countries in the preparation of textbookshas led to the evolution of the content of this subject towards development. As a result, the content of this subject has evolved towards development. When investigating the new content of the literature course in general education schools and the teaching system in schools in line with the requirements of the day, it becomes evident that the main purpose of today's education is not to provide students with a large volume of knowledge, instead, the focus is on teaching instructional materials that play a role in shaping students' personalities through fewer theoretical concepts, selected works. 

Secondly, an investigation has been carried out to assess the extent to which the content and ideas of literary works, both classical and contemporary, presented for partial assimilation in accordance with the scientific-methodological concept, influence the development of students' personalities, and results have been obtained.

Thirdly, methods for enhancing the importance of teaching literary examples included in textbooks have been identified through the proper analysis and interpretation of literary works. Creative interpretation has been investigated for its impact on the formation of the school's character and worldview, as well as the development of literary-aesthetic education.

Keywords: literature, artistic text, aesthetic education, training, textbook

MƏQALƏNİ YÜKLƏ [631.53 Kb] (yüklənib: 6)


Baxış: 123
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az