DOI: https://doi.org/10.36719/2706-6185/34/166-171

Əli Əhmədov

Bakı, Azərbaycan 

ali.v.ahmadov@gmail.com


VERGİ YÜKÜ, ONUN HESABLANMASI METODLARI, BÜDCƏ GƏLİRLƏRİNƏ VƏ İQTİSADİYYATA TƏSİRİ


Xülasə

Vergi yükü vəsaitlərin vergilərin ödənilməsinə yönəldilməsi ilə digər mümkün istifadə istiqamətlərindən ayrılmasından yaranan iqtisadi məhdudiyyətlərin səviyyəsi, dərəcəsidir. Başqa sözlə desək, hər bir ödəmənin yaratdığı yükdür.

Dünya vergi praktikasında makrosəviyyədə vergi yükü göstəricisi kimi verginin hansı səviyyəli büdcəyə və büdcədənkənar fondlara ödənilməsindən asılı olmayaraq vergi ödəyicilərindən alınan bütün vergi məbləğinin hasil olunmuş ÜDM-un həcminə nisbəti götürülür. 

İqtisadi cəhətdən dünyanın əksər inkişaf etmiş ölkələri hal-hazırda, ÜDM və milli gəlirin vergi sistemi vasitəsilə yenidən bölüşdürülməsi üzrə praktiki olaraq maksimal mümkün səviyyəni əldə etmişlər. Ona görə bu ölkələrin büdcəsinə gəlir daxilolmalarının sonrakı artımı əsasən vergilərin alınması strukturunda dəyişikliklərin edilməsi hesabına mümkündür və bunun da əsasında vergi məbləğlərinin artımı ilə ÜDM-un həcminin artımı arasında düz asılılıq təmin olunur. Vergi dərəcələrinin artımı və yaxud vergi güzəştlərinin ləğvi hər hansı bir ölkənin iqtisadi və sosial həyatında mənfi nəticələrin alınmasına gətirib çıxarır.

Açar sözlər: vergi yükü, fiskal siyasət, kassa metodu, hesablama metodu, tənzimləyici funksiyalar


Ali Ahmadov

Baku, Azerbaijan

ali.v.ahmadov@gmail.com


Tax burden, its calculation methods, impact on budget 

revenues and economy


Abstract

The tax burden is the level and degree of economic restrictions arising from the allocation of funds to the payment of taxes from other possible directions of use. In other words, it is the burden created by each payment.

In world tax practice, as a tax burden indicator at the macro level, the total amount of tax received from taxpayers to the volume of  GDP is taken, regardless of whether the tax is paid to the national budget and extra-budgetary fubds.

Economically, most of the developed countries of the world have now achieved practically the maximum possible level of redistribution of GDP and national income through the tax system. Therefore, the subsequent growth of revenue inflows to the budget of these countries is possible mainly due to changes in the structure of tax collection, and on the basis of this, a direct relationship betwen the growth of tax amounts and the growth of tax amounts and the growth of GDP is ensured. An increase in tax rates or the cancellation of tax benefıts leads to negative consequences in the economic and social life of any country.

Keywords: tax burden, fiscal policy, cash method, calculation method, regulatory functions

MƏQALƏNİ YÜKLƏ [635.27 Kb] (yüklənib: 9)

Baxış: 187
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az